06 Iyul 2020 20:39
608
DÜNYA
A- A+

Yaponiyada daşqınlar 40 nəfərin həyatına son qoydu

Yaponiyanın cənub-qərbindəki Küsü adasında çayın daşması və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb. Bu barədə yerli NHK telekanalı xəbər verir.

Məlumata görə, ölənlərdən 14-ü Kumamoto prefekturasında suyun altında qalmış qocalar evinin sakinləridir. Eyni zamanda, 12 nəfər itkin düşmüş hesab olunur. Onların axtarışları davam etdirilir.

Yağıntılardan ən çox Kumamoto prefekturası ziyan görüb. Orada təxminən 1000 hektar ərazi suyun altında qalıb. Təxliyə mərkəzlərində hazırda təxminən 1500 adam var. Çayın daşması və torpaq sürüşməsi elektrik enerjisinin verilişini dayandırıb, buna görə də Kumamotoda 4,7 min ev işıqsız qalıb.

Küsü adasında güclü yağışlar dünən də davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video