06 Iyul 2020 18:19
668
İQTİSADİYYAT
A- A+

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının bəzilərinin hərəkəti müvəqqəti dayandırılır


Xüsusi karantin rejiminin sərtləşdirilməsi müddətinin uzadılması ilə əlaqədar iyulun 7-dən etibarən əlavə göstərişədək Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.

"Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, Bakıdan 07:38-də yola düşən 6003 nömrəli, 16:50-də yola düşən 6013 nömrəli, 20:25-də yola düşən 6027 nömrəli Bakı-Xırdalan-Sumqayıt qatarı və 18:45-də yola düşən 6617 nömrəli Bakı-Pirşağı-Sumqayıt qatarı müvəqqəti olaraq hərəkətdə olmayacaq. Həmçinin Sumqayıtdan 06:55-də yola düşən 6002 nömrəli, 08:35-də yola düşən 6010 nömrəli, 19:28-də yola düşən 6026 nömrəli Sumqayıt-Xırdalan-Bakı qatarı və 17:30-da yola düşən 6618 nömrəli Sumqayıt-Pirşağı-Bakı qatarının hərəkəti müvəqqəti dayandırılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video