06 Iyul 2020 18:15
599
İQTİSADİYYAT
A- A+

Azərbaycanla Böyük Britaniyanın bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub


Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri, Energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, İxracat naziri Graham Stuartın iştirakı ilə videokonfrans keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti və ikitərəfli enerji əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.

COVID-19-la mübarizədə ölkəmizdə həyata keçirilən tədbirlər, Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə edilməsi, həmçinin pandemiyadan əziyyət çəkən ümumilikdə 30 ölkəyə dəstək göstərilməsindən bəhs edilib. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü diqqətə çatdırılıb.

Pandemiyanın qlobal iqtisadiyyata və enerji sektoruna, xüsusilə də neftin qiymətinə təsirlərindən danışan G.Stuart Azərbaycanla Böyük Britaniya arasında bərpaolunan enerji, enerji səmərəliliyi sahələrində əməkdaşlıq imkanları ilə maraqlanıb.

Neft bazarının sabitləşdirilməsi istiqamətində "OPEC+” formatında görülən tədbirlərin əhəmiyyətini vurğulayan nazir P.Şahbazov bildirib ki, tarixdə ilk dəfə olaraq neft istehsalının böyük həcmlərdə azaldılması ilə bağlı qərar hazırda icra edilir: "Nəticədə neftin qiyməti iki dəfə yüksəlib və bazarın balanslaşdırılması ilə bağlı fəaliyyətimizi davam etdiririk. Bazarda sabitlik yalnız neft istehsalçıları və şirkətlərinin deyil, həm də istehlakçıların maraqlarına cavab verir. Azərbaycanın öhdəlikləri BP və SOCAR ilə yüksək əməkdaşlıq çərçivəsində yerinə yetirilir”.

Energetika naziri bərpaolunan enerji sahəsində görülən işləri, həyata keçirilən pilot layihələr və planlaşdırılan hərraclar, eləcə də qanunvericilik bazasının yaradılması ilə bağlı yenilikləri diqqətə çatdırıb. Həmçinin nazir ölkəmizdə kiçik su elektrik stansiyalarının fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə bağlı BP-nin dəstəyini yüksək qiymətləndirib.

Videokonfransda Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının tarixi və iki ölkə arasında imzalanması planlaşdırılan əməkdaşlıq sənədləri də nəzərdən keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video