06 Iyul 2020 15:51
577
DÜNYA
A- A+

Angela Merkel öz populyarlığını qoruyub saxlayıb

 
Almaniyada aparılan sosial sorğunun nəticələrinə görə, almanların üçdə ikisindən çoxu, daha dəqiq desək, rəyi soruşulanların 71 faizi Angela Merkelin kansler postundakı fəaliyyətindən məmnunluqlarını ifadə edib.

AZƏRTAC xəbər verir ki, Merkel federal hökumət başçısı postunda olduğu bütün bu illər ərzində liderlik mövqeyini əlindən verməyib. Hazırkı reytinq siyahısında ikinci yerdə Maliyyə naziri Olaf Şolts, üçüncü yerdə isə Səhiyyə naziri Yens Şpan qərarlaşıb.

Əhali üçün indi ən mühüm mövzu iqlimin qorunması və koronavirusla mübarizədir. Respondentlərin 85 faizi pandemiya səbəbindən əhalinin sıx toplandığı yerlərdən uzaq durur, 57 faizi isə yay məzuniyyətini evdə keçirməyi planlaşdırır.

Almanların yarısı infeksiyanın ikinci dalğasından ehtiyat edir. Bəzi proqnozlara görə bu, yayın sonunda -payızın əvvəlində gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video