06 Iyul 2020 12:25
1200
İQTİSADİYYAT
A- A+

Energetika sektorunun uzunmüddətli inkişaf Strategiyasına dair müzakirələr aparılıb


Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə "Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın hazırlanmasına dair məsələlər müzakirə edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Strategiyanın ilkin layihəsi nəzərdən keçirilib, strukturu və ayrı-ayrı bölmələri təhlil olunub. Layihədə əksini tapmalı zəruri məqamlar qeyd edilib. Digər ölkələrin müvafiq sahədə mövcud strategiyaları ilə müqayisələr aparılıb.

Bildirilib ki, Strategiya energetika sektorunda uzunmüddətli inkişafın təchizatın təhlükəsizliyi, iqtisadi səmərəlilik və davamlı inkişaf trilemmasına əsaslanmasını nəzərdə tutur. Həmçinin energetika sektorunun uzunmüddətli inkişaf Strategiyasında COVID-19 pandemiyasının qlobal energetika sektoruna təsirləri, eləcə də ölkənin iqtisadi inkişafı ilə bağlı strateji sənədlərə uyğunluğu kimi məsələlər də nəzərə alınmalıdır.

Qeyd edək ki, bu sənədin hazırlanması "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamı ilə Energetika Nazirliyinə həvalə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video