Alternative content

15:42 03 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
12:07 03.08.2020 Çaylarda sululuq artıb
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb
ANA SƏHİFƏ / SİYASƏT
15:49 05.07.2020

Ermənistan hakimiyyəti özünün təşkil etdiyi oyuncaq qurumun pərdəsi altından Azərbaycana qarşı yenidən ərazi iddiaları ilə çıxış edir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 1/5 hissəsini təşkil edən Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun hələ də Ermənistanın işğalı altında olması fonunda baş verir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatında qeyd olunub.

Bəyanatda daha sonra deyilir: "Nə qədər anormal səslənsə də, 30 ildə yaxındır ki bir milyona yaxın azərbaycanlını öz evlərindən didərgin salmış, onları əsas insan hüquqlarından məhrum etmiş Ermənistan utanmadan erməni əhalisinin münaqişədən əziyyət çəkməsindən şikayətlənir.

Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində təşkil etdiyi qondarma rejimin adından gülünc açıqlamalar verməklə ya reallıqları dərk etmir ya da bu cür əsassız iddialarla beynəlxalq ictimaiyyəti aldada biləcəyini zənn edir.

Görünən odur ki, bizim sülh mesajlarımızın ruhuna zidd olaraq Ermənistan Azərbaycan ərazilərinin işğalını uzatmaq niyyətindədir. Ermənistanın və erməni diasporunun etnik təmizlənməyə məruz qalmış azərbaycanlıları hədəf alan nifrət nitqi kampaniyaları bunun əyani sübutudur.

Biz Ermənistanı münaqişənin həllində destruktiv mövqe tutmaqdansa sülhə yönəlməyə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı əhalinin sülh şəraitində birgə yaşayışı istiqamətində bizim səylərimizi dəstəkləməyə dəvət edirik. Bölgə əhalisinin təhlükəsizliyi və rifahı yalnız davamlı və ədalətli sülhün əldə olunması ilə mümkün ola bilər”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM