Alternative content

16:53 15 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalqa arxalanan lider
Xalqa arxalanan lider
ANA SƏHİFƏ / SİYASƏT
00:31 05.07.2020


Xalq yazıçısı Mirzə İbrahimovun "Böyük dayaq” romanında bir ifadə var: "Hər bir vəzifəli şəxsin arxasında xalq durmalıdır. Dayağı xalq olanın arxası da güclü olar”. Bu, həqiqətən, belədir. Tarixi təcrübə sübut edir ki, dövlət rəhbəri yalnız xalqa arxalananda, əhalidən dəstək alanda yürütdüyü siyasəti reallaşdıra bilər. Dövlət başçısı cənab İlham Əliyevin uğurlu siyasi fəaliyyəti də xalq dəstəyindən qaynaqlanır.

Keçən ilin dekabrında Çində başlamış və sürətlə dünyaya yayılmış yeni tip koronavirus (COVID-19) bütün bəşəriyyət üçün böyük bəlaya çevrilmişdir. Dünyanın heç bir ölkəsi, o cümlədən Azərbaycan bu müsibətdən yan keçə bilməmişdir. Gözə görünməyən düşmən hələ də planetdə tüğyan edir və onun "hücum”unun nə vaxt dayanacağını proqnozlaşdırmaq mümkün deyil. Vaksin hələ hazırlanmadığından koronavirusun qarşısında duruş gətirmək çətindir. Ona görə də COVID-19 bəşər övladlarını biçməkdə davam edir. Təəssüf ki, ölkəmizdə də koronavirusa yoluxanların və xəstəlikdən vəfat edənlərin sayı az deyil.

Belə bir ağır vəziyyətdə dövlət başçısı cənab İlham Əliyevin uzaqgörənliyi, parlaq siyasi zəkası, vaxtında çevik, yeganə düzgün qərar qəbul etmək məharəti özünü göstərir. Şəraitə uyğun olaraq ardıcıl addımlar atılır, qabaqlayıcı tədbirlər görülür: təhsil müəssisələrinin işi dayandırılmış, əhalinin sıx toplaşmasının qarşısı alınmış, qısa müddətdə yeni səhiyyə ocaqları inşa olunub COVID-19 xəstələrinin ixtiyarına verilmişdir. Əhalinin tibbi maskaya ehtiyacını ödəmək üçün Prezidentin göstərişi ilə operativ şəkildə Sumqayıt şəhərində maska və tibb işçiləri üçün xüsusi geyim istehsal edən zavod inşa edilmişdir.

Dövlət başçısı indiki mərhələdə qarşıya qoyduğu əsas vəzifənin Azərbaycan vətəndaşının sağlamlığını qorumaq olduğunu təkrar-təkrar bəyan edir və bu məqsədə nail olmaq üçün dövlətin bütün qurumlarını, maddi-mənəvi resurslarını səfərbər edərək xalqın yanında olur, xalqa bağlılığını sözdə də, əməldə də nümayiş etdirir. Nəticə özünü çox gözlətmir. Xalq özünün istəyib seçdiyi liderinə inam və etimadını, hörmət və məhəbbətini ifadə edərək onun ətrafında sıx birləşmişdir. "Biz birlikdə güclüyük!” şüarı artıq əməli işə çevrilmişdir. Dövlət öz xalqı üçün, xalq öz dövləti üçün birlikdə əl-ələ verib çalışmağa başlamışdır.

Ölkəmizdə xalq-dövlət birliyi beynəlxalq ictimaiyyətin də nəzərindən qaçmır. Ümumdünya Səhiyyə Təşkilatı öz hesabatlarında Azərbaycanı və onun lideri İlham Əliyevi başqalarına nümunə göstərir. Bu, xalq-dövlət birliyinin təntənəsidir. Hamıya aydın olmuşdur ki, biz yalnız birlikdə güclü olaraq koronavirusla mübarizədən mümkün qədər az itki ilə çıxa bilərik.

Azərbaycan səhiyyəsi ekstremal şəraitdə özünün bütün potensialını ortaya qoyub xalqın sağlamlığının keşiyində durdu. Həkimimiz və polisimiz fədakarlıq mücəssəməsinə çevrildilər. Sahibkarlar, mədəniyyət və incəsənət xadimləri, müəllimlər, elm adamları, din xadimləri - bir sözlə, cəmiyyətin bütün təbəqələri əhalinin sosial cəhətdən zəif hissəsinə maddi və mənəvi dəstək göstərdilər. Dövlət başçısının sərəncamı ilə koronavirus pandemiyası başlayandan sonra işləməyən vətəndaşlara dövlət tərəfindən ayda 190 manat müavinət verilir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və xalqımız Yer kürəsini cənginə almış bəlanın fəsadlarını minimuma endirmək üçün var qüvvəsini sərf edir. Eyni zamanda Azərbaycan imkansız ölkələrə yardım əli uzadır.

Bir müəllim olaraq Prezident İlham Əliyevə bu ağır dönəmdə daim xalqın yanında olduğuna, yorulmadan xalqa xidmət etdiyinə görə dərin təşəkkürümü bildirirəm. Xalqın sevgi və rəğbətini qazanan, çətin zamanda vətəndaşların sağlamlığı naminə gecə-gündüz çalışan liderimizlə qürur duyuram.

Elnarə ASLANOVA,

Bakı şəhəri, İ.Əbilhəsənov adına 42 saylı orta məktəbin müəllimi





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM