Alternative content

16:50 15 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Regionlar üçün nəzərdə tutulmuş layihələrin icrası davam edir
Regionlar üçün nəzərdə tutulmuş layihələrin icrası davam edir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:30 05.07.2020


Bütün qüvvə və imkanlar koronavirusla mübarizəyə yönəldilsə də...


Vaxtaşırı regionlara səfər etmək artıq çoxdan Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Demək olar, elə ay yoxdur ki, dövlət başçısı bu və ya digər bölgəyə gedib orada hansısa obyektin açılışı, yaxud təməlqoyma mərasimində iştirak etməsin. Bu səfərlərin diqqətçəkən məqamlarından biri də odur ki, Prezident ictimaiyyətin nümayəndələri ilə görüşür, onların təmsil etdikləri rayonun, şəhərin problemləri ilə maraqlanır və həmin problemlərin həlli ilə bağlı operativ tədbirlər görür.

Əslində, dövlət başçısı Azərbaycanın hərtərəfli inkişafı çərçivəsində regionlara xüsusi diqqət verəcəyini, bu istiqamətdə müxtəlif tədbirlərin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə edəcəyini hələ Prezidentliyə namizəd kimi 2003-cü ildə bəyan etmişdi. Dövlət başçısı seçildikdən sonra imzaladığı ilk sənədlərdən birinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı olması isə İlham Əliyevin həmin bəyanatının əməli işlə davamı idi. Beləliklə, regionların 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafına yönələn ilk dövlət proqramının təsdiqlənməsi ilə bölgələrin həyatında yeni dövr başlanmış oldu.

İndi ilk sənədin qəbulundan 16 ildən çox vaxt keçib. Bu illər ərzində 3 analoji dövlət proqramı qəbul olunaraq icra edilib. Hazırda 4-cü proqramda nəzərdə tutulan tədbirlər həyata keçirilir. Onlar isə məzmunca 10-15 il əvvəlki tədbirlər deyil. Əgər ilk proqramların qarşısında regionların adi sosial və infrastruktur problemlərinin həlli dururdusa, sonrakı illər ölkəmizin sosial-iqtisadi inkişafında bölgələrin rolunun və payının təmin edilməsi, ardınca isə qeyri-neft sektorunun inkişaf ağırlığını çiyinlərinə götürməsi kimi vəzifələr icra olunurdu.

Nəticə göz qabağındadır. Bu gün siyasi mövqeyi və əqidəsindən asılı olmayaraq heç kim iddia edə bilməz ki, ötən müddət ərzində regionlarımızın həm imkanı, həm də siması dəyişməmişdir. İndi Azərbaycanın elə bir yaşayış məntəqəsi yoxdur ki, çox da uzaq olmayan keçmişdəki kimi elektrik enerjisi, təbii qaz, su, yol sarıdan problem yaşasın. Eləcə də məşğulluq məsələsi. Əgər kim deyirsə ki, bölgələrdə iş yeri yoxdur, deməli, işləmək istəmir. Torpaq və su olan yerdə kəndlinin əkib-becərməkdən, mal-qara saxlamaqdan başqa nə işi ola bilər ki?!

Bunları sözgəlişi yazdıq. Sadəcə, demək istədiyimiz odur ki, bu gün regionlarımızın inkişafını müxtəlif "arqument”lərlə danmaq ən azı insafsızlıqdır. Buna inanmayanlar, yaxud inanmaq istəməyənlər Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın regionlara son səfəri çərçivəsində etdikləri açılışlar, qatıldıqları tədbirlər, eləcə də dövlət başçısının çıxışları ilə tanış olsunlar.

Əvvəla qeyd edək ki, Prezident və Birinci vitse-prezidentin budəfəki səfərləri bütün dünya, o cümlədən Azərbaycan üçün heç də asan olmayan bir dövrə təsadüf edirdi. Artıq yarım ildir ki, COVID-19 adlı koronavirus bütün aləmi bir-birinə vurmaqda "israr”lıdır. İlk aylar Azərbaycan bu sınaqdan görülən sərt tədbirlər sayəsində minimum itki və ziyanla çıxırdısa, karantin tələblərinin yumşaldılmasından sonra yaranan arxayınlıq və məsuliyyətsizliyimiz nəticəsində artıq neçə həftədir həm yoluxma hallarının, həm də virusdan həyatını itirənlərin sayında gözləmədiyimiz artımlar müşahidə olunur.

Bax, belə bir vaxtda dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın regionlara səfər etməsi ikiqat faydalı və əhəmiyyətlidir. Əvvəla, bu səfərlə Prezident və Birinci vitse-prezident sübut etdilər ki, onlar ən mürəkkəb günlərdə belə, xalqın yanındadırlar. İkincisi də, bir daha göstərdilər ki, heç bir çətinlik, hətta COVID-19 kimi qorxulu virus Azərbaycanın sosial sahədə həyata keçirdiyi layihələri təxirə salmaq gücündə deyil.

Bu baxımdan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səfərlərinə Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirakla başlamaları həm də rəmzi xarakter daşıyır. Başqa sözlə desək, mühüm səhiyyə obyekti olan yeni korpusun pandemiya dövründə dövlətin ali şəxslərinin iştirakı ilə açılması bir daha sübut etdi ki, Azərbaycan hakimiyyəti üçün vətəndaşın marağının təmin edilməsindən, bugünkü vaxtda isə sağlamlığının qorunmasından yüksək vəzifə yoxdur. Prezident özü korpusun açılışındakı çıxışında bununla bağlı belə demişdir: "...əgər son illər ərzində mənim göstərişimlə ölkəmizin hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün biz koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik. Son illərdə ölkəmizin səhiyyə sisteminin möhkəmləndirilməsi işində ən vacib məsələlərdən biri yeni xəstəxanaların tikilməsi, köhnə xəstəxanaların isə əsaslı təmiri və bərpası olmuşdur”.

Söz düşmüşkən qeyd edək ki, Gəncədəki modul tipli infeksion xəstəliklər korpusu ölkə üzrə qısa vaxtda istifadəyə verilmiş sayca 5-cidir. Onlardan 2-si Bakıda, biri Sumqayıtda, biri isə Abşeron rayonundadır. Yaxın vaxtlarda digər şəhərlərdə də analoji xəstəxanaların istifadəyə veriləcəyi gözlənilir. Ümumilikdə ölkəmizdə 10 modul xəstəxananın fəaliyyətə başlaması nəzərdə tutulur ki, bu da əlavə 2 min çarpayı deməkdir. Yeri gəlmişkən, aprel ayında modul xəstəxanaların tikintisinə qərar veriləndə, bəziləri belə fikirləşirdi ki, Azərbaycanda buna ehtiyac olmayacaq. İnsafən, belə düşünənlərin arqumenti də var idi. Həmin dövr ölkəmizdə koronavirusa yoluxanların sayı həm az idi, həm də xəstələnənlərlə sağalanlar arasında fərq ikincilərin xeyrinə idi. Lakin sonrakı hadisələr bir daha Prezident İlham Əliyevin nə qədər praqmatik qərarlar qəbul etdiyini bir daha təsdiqlədi.

Buna əmin olmaq üçün uzağa getməyə ehtiyac yoxdur. Dövlət başçısının təkcə Gəncəyə, Samuxa və Mingəçevirə olan son səfərinin gündəliyinə nəzər salmaq kifayətdir. Həmişə olduğu kimi, bu səfər çərçivəsində də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müxtəlif təyinatlı çoxsaylı obyektlərin açılışında iştirak etdilər. Gəncədəki "NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışı, MİDA-nın tikdiyi yaşayış kompleksi, "Şah Abbas” və "Uğurlu Xan” karvansara kompleksinin bərpası, Gəncə Dövlət Dram Teatrının yeni binasının, eləcə də möhtəşəm idman kompleksinin inşası, Azərbaycan Dövlət Aqrar Universitetinin korpuslarının əsaslı təmiri, Gəncəçay üzərindəki 5 körpünün bərpası, Samuxda məcburi köçkünlər üçün 9 yaşayış binasının tikilməsi, "Aqro Dairy” MMC-nin aqroparkının uğurlu fəaliyyəti, Mingəçevirdəki "Azərbaycan” İES-in yenidən qurulması, həmin şəhərdə Dövlət Rəmzləri Muzeyinin açılışı və s. məhz həmin praqmatik qərarların nəticəsidir. Təkrar edirik - cəmi 3 bölgədə istifadəyə verilən, yaxud verilmək ərəfəsində olan bu obyektlər adi vaxtda yox, pandemiya dövründə ərsəyə gəlmişdir. Yəni elə bir dövrdə ki, başqaları bu cür işlər barəsində heç fikirləşmirlər də. Prezidentin sözləri ilə desək: "İndi görün inkişaf etmiş ölkələrdə nələr baş verir. Vəziyyət tamamilə böhran həddinə çatıb. O ölkələrin ki, dövlətçilik ənənələri yüzilliklərlə ölçülür və o ölkələrin səhiyyə sistemi dünyada nümunə kimi təqdim olunur, onlar da bacarmırlar, çünki bu, mümkün deyil”.

Azərbaycanda isə, göründüyü kimi, bütün çətinliklərə baxmayaraq, həyat, o cümlədən regionların inkişafı davam edir, hətta bütün əsas qüvvələr və imkanlar COVID-19-la mübarizəyə yönəldilsə də...

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM