Alternative content

18:08 15 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Geniş vüsət alan hərəkat
Geniş vüsət alan hərəkat
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:26 05.07.2020


DOST mərkəzlərində "Könüllü DOST” proqramına böyük maraq yaranmışdır. Ötən dövrdə bu proqram üzrə 250-dək könüllü DOST mərkəzlərinə cəlb edilib. Əksəriyyəti tələbə olan könüllülər gündəlik olaraq 3 saat fəaliyyət göstərirlər. İki ayın yekununda onlar məzun olurlar və daha sonra mərkəzə yeni könüllülərin seçimi başlayır.

"Könüllü DOST” proqramı fərqli ictimai və yaş təbəqələrini əhatə edən bir neçə altproqramdan ibarətdir: "Gənc DOST”, "Gümüşü DOST”, "Virtual DOST”, "Korporativ DOST”. Könüllü fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikat verilir. Onlar bu sertifikatı almaq üçün fərqli 5 alətlə qiymətləndirilir. Həmin alətlərdən biri olan test mərhələsi onlayn formatda keçirilir.

Bu il Rusiyanın "Şimal-Cənub” Politologiya Mərkəzinin təşkilatçılığı ilə Bakıda "Xəzər Könüllülük Məktəbi”nin birinci iclası və "Xoşməramlı meridianlar” müsabiqəsinin final mərhələsi keçirildi. Azərbaycan, Rusiya və Qazaxıstanı təmsil edən müxtəlif könüllü fəaliyyət təşkilatçılarının iştirak etdiyi iclasda sosial əhəmiyyətli layihələrin təqdimatı oldu. Həmin müsabiqədə Xəzəryanı ölkələr üzrə finala çıxmış 25 layihə beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirildi. Azərbaycanı təmsil edən DOST Agentliyinin "DOSTtalks” layihəsi "İlin layihəsi” seçilərək 1-ci yerə layiq görüldü. Qazaxıstanı təmsil edən "Sputnik” layihəsi 2-ci, Rusiyanı təmsil edən "Tom Soyer Fest” isə 3-cü yeri tutdu.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM