Alternative content

16:48 15 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Modern Diplomacy” portalında “Ermənistan pandemiya ilə bağlı iqtisadi problemləri həll edə bilmir” adlı məqalə dərc olunub
“Modern Diplomacy” portalında “Ermənistan pandemiya ilə bağlı iqtisadi problemləri həll edə bilmir” adlı məqalə dərc olunub
ANA SƏHİFƏ / SİYASƏT
17:39 04.07.2020

Beynəlxalq Münasibətlərin eksperti Orxan Bağırovun "Modern Diplomacy” portalında "Ermənistan pandemiya ilə bağlı iqtisadi problemləri həll edə bilmir” adlı məqaləsi dərc olunub. Məqalədə qeyd edilir ki, pandemiya ilə əlaqədar Ermənistanda fövqəladə vəziyyət elan edildikdən sonra iqtisadi aktivlik kəskin azaldığından iqtisadi inkişaf proqnozları pisləşməyə başlayıb. Avropa Yenidənqurma və İnkişaf Bankının proqnozlarına əsasən, ilin sonuna Ermənistan iqtisadiyyatı 3,5 faiz həcmində kiçiləcək, lakin Ermənistan hökuməti mənfi 2 faiz həcmində daha pozitiv proqnozla çıxış edir.

Bildirilir ki, iqtisadiyyatın kiçilməsinin yaradacağı əsas iqtisadi problemlərdən biri vergi daxilolmalarının azalmasıdır. Əgər ÜDM 2 faiz azalarsa, bu, vergi daxilolmalarının 10 faizə qədər azalmasına səbəb olacaq. Belə olan halda büdcə gəlirlərinin azalmasına baxmayaraq, Ermənistan hökuməti iqtisadi və sosial problemlərin qarşısını almaq məqsədilə büdcə xərclərini azaltmaq istəmir. Bu addım bəzi problemlərin qarşısını alsa da, büdcə kəsirinin əsaslı formada artmasına səbəb olmaqla uzunmüddətli iqtisadi problemlər yaradacaq. Vergi daxilolmalarının 10 faiz azalması büdcə kəsirinin 2 dəfəyə qədər artaraq 676,4 milyon ABŞ dollarına və ya ÜDM-in 5 faizi səviyyəsinə çatmasına səbəb olacaq.

Müəllif qeyd edir ki, həm büdcə kəsirinin, həm də dəstək proqramlarının maliyyələşdirilməsi üçün Ermənistan hökuməti 546 milyon dollar həcmində xarici borc cəlb etməyə məcburdur. Bu isə Ermənistanın onsuz da yüksək olan xarici borcunun (2019-cu ildə ÜDM-in 40 faizi) daha da artmasına yol açacaq.

Bildirilir ki, Ermənistan, eyni zamanda, enerji sektorunda da problemlərlə qarşılaşmaqdadır. Qiymətlə bağlı yeni dəyişikliklərə əsasən qazın ölkədə hər min kubmetr üçün orta qiyməti 266, 7 dollar səviyyəsində müəyyən edildi. Kənd təsərrüfatı şirkətləri üçün qazın hər min kubmetr üçün qiyməti 212 dollardan 224 dollara, ayda 10 min kubmetrdən çox qaz istifadə edən istifadəçilər üçün isə 242 dollardan 255,9 dollara qaldırıldı. Yeni qiymətlər iyulun 19-da qüvvəyə minəcək. Lakin bu, işsizlik probleminin yaranmasına səbəb olacaq. Belə ki, "Qazprom Ermənistan” qəbul edilmiş qiymətlər əsasında fəaliyyət göstərmək üçün 1500-ə qədər işçisini ixtisar etməli və illik 6 faiz daha az gəlir ilə fəaliyyət göstərməlidir”.

Müəllif bildirir ki, Ermənistanın iqtisadi problemləri öz maliyyə vəsaitləri hesabına həll edə bilməməsi və özünün enerji idxalını şaxələndirə bilməməsi böyük iqtisadi problemlərin yaranmasına yol açacaq: "Xarici maliyyə dəstəyindən asılı olan və müstəqil iqtisadi və enerji siyasəti həyata keçirə bilməyən dövlətlər istər pandemiya dövründə, istərsə də postpandemiya dövründə ciddi iqtisadi problemlərlə qarşılaşacaq. Onu da nəzərə alsaq ki, 2018-ci ildə Ermənistanda hökumət dəyişikliyinin baş verməsində sosial və iqtisadi problemlər böyük rol oynamışdı, o zaman yaranacaq iqtisadi problemlərin siyasi nəticələrinin də olacağını deyə bilərik”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM