Alternative content

16:55 15 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropada "Remdesivir"in koronavirusdan müalicədə istifadəsinə icazə verilib
Avropada "Remdesivir"in koronavirusdan müalicədə istifadəsinə icazə verilib
ANA SƏHİFƏ / DÜNYA
17:33 04.07.2020

Avropa Komissiyası "Remdesivir" preparatının yeni növ koronavirusun doğurduğu xəstəliklərin müalicəsində ilkin qaydada istifadə olunmasına icazə verib.

Bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda bildirilir. Eyni zamanda, qeyd olunur ki, preparatdan bir sıra şərtlərə əməl edilməklə istifadə oluna bilər. Sənəddə bu şərtlərin nədən ibarət olduğu açıqlanmır.

Qurumun nümayəndəsi bir qədər əvvəl məlumat vermişdi ki, preparatın istehsalçısı olan Gilead Sciences kompaniyası ilə "Remdesivir"in Avropa bazarına kifayət miqdarda çatdırılması barədə danışıqlar aparılır. Bununla yanaşı, The Guardian qəzetinin xəbərinə görə, ABŞ-ın hakimiyyət orqanları preparatın bütün ehtiyatlarını satın alıb və yaxın üç ayda heç bir ölkə onu lazımi qədər əldə edə bilməyəcək.

Gilead Sciences təsdiqləyir ki, "Remdesivir"in tətbiqi koronavirus xəstələrinin sağalma müddətini dörd günədək qısaldır. Xəstəyə beşgünlük müalicə kursu ərzində 6 ampula dərman lazım gəlir. Şirkət inkişaf etmiş ölkələr üçün preparatın hər ampuluna 390 dollar vahid qiymət müəyyənləşdirib.

Xatırladaq ki, vaxtilə Ebola qızdırması, habelə SARS və MERS infeksiyalarının müalicəsində"Remdesivir" preparatından istifadə olunmuşdu.






NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM