04 Iyul 2020 16:21
613
DÜNYA
A- A+

Birləşmiş Ştatlar Müstəqillik Gününü qeyd edir


İyulun 4-də ABŞ-da Müstəqillik Günü qeyd edilir. Koronavirus pandemiyasına baxmayaraq, Tramp Administrasiyası Müstəqillik Gününün şənbə günü geniş miqyasda keçirilməsi ilə bağlı plan təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, Vaşinqtonda bayram atəşfəşanlığı planlaşdırılıb və şəhərin mərkəzində yerləşən Milli Xiyabanda minlərlə insanın toplaşacağı gözlənilir. Demokratlar partiyasından olan bəzi qubernatorlar və Kolumbiya dairəsinin meri Müriel Bauzer bayramın keçirilməsinə qarşı çıxış ediblər. M.Bauzer bildirib ki, Ağ ev mer administrasiyasının təntənələrin keçirilməsinə razı olmaması barədə məlumatlandırılıb. O vurğulayıb ki, bu, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin və Səhiyyə Nazirliyinin tövsiyələrinə müvafiq deyil.

Prezident Donald Tramp isə Maunt-Raşmora yollanıb. O, Cənubi Dakotadakı milli parkda ABŞ-ın Müstəqillik Günü təntənələrində çıxış edəcək. Raşmor dağının döşündəki qranitdən yonulmuş milli memorial üzərində Amerikanın dörd prezidenti – Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkolnun simalarının təsvir olunduğu nəhəng abidədir.

Nümayişçilər qrupu Trampa qarşı etiraz aksiyası keçirərək onun səfərindən əvvəl Cənubi Dakotadakı şoseni bağlayıblar. Yerli hakimiyyət orqanları onlardan dağılışmalarını xahiş etsələr də, nümayişçilər bunu rədd ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları dağıtmaqdan ötrü tüstü şaşkasından istifadə ediblər.

İyulun 4-ü Birləşmiş Ştatlarda 1776-cı ildə ölkənin Böyük Britaniyadan müstəqilliyini elan edən ABŞ Müstəqillik Bəyannaməsinin qəbulu günü kimi qeyd olunur. Amerikalıların əksəriyyəti bu bayramı sadəcə onun tarixinə görə "Dörd iyul” adlandırırlar. Adətən bu bayram atəşfəşanlıq, parad, karnaval, yarmarka, konsertlər, beysbol oyunları, ailəvi görüşlər keçirilməklə, barbekyü bişirməklə, siyasətçilərin xalqa müraciətləri ilə, mərasimlərlə, həmçinin Birləşmiş Ştatlar üçün ənənəvi olan ictimai və özəl tədbirlərlə təşkil edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video