Alternative content

16:08 12 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
13:22 12.08.2020 İmtahanqabağı qidalanma
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu mövsüm 135 kümçü ipəkqurdu bəsləyib
Bu mövsüm 135 kümçü ipəkqurdu bəsləyib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:27 04.07.2020


Saatlıda dördüncü ildir ki, ipəkqurdu bəslənilir. Dövlət başçısının ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr Saatlıda da müvəffəqiyyətlə icra olunur.

Baramaçılığın inkişafında əsas amil olan yem bazasının möhkəmləndirilməsi məqsədilə son üç ildə rayonun ayrı-ayrı yaşayış məntəqələrində 124 min tut tingi əkilib, bir neçə yaşayış məntəqəsində müasir kümxana tikilib və digər zəruri tədbirlər həyata keçirilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu il rayonda 8 ton barama istehsal olunması nəzərdə tutulub. Bunun üçün 200 qutu (3 min 800 qram) barama qurdu toxumu gətirilərək Saatlı şəhər, Azadkənd, Əliabad, Dəlilər və digər kəndlərdən olan 135 kümçüyə paylanılıb.

Bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Kümçülər bəslədikləri ipəkqurdlarından əldə etdikləri məhsulu tədarük məntəqəsinə təhvil verirlər. Bu günədək rayon üzrə ümumilikdə 3 ton 242.7 kiloqram barama təhvil verilib ki, bunun da yarıdan çoxunu Azadkənd, Bəylər, Varxan kəndlərinin baramaçıları istehsal edib.

Varxan kənd sakini Eyvaz Əsədov bu mövsüm 3 qutu ipəkqurdu toxumu götürərək bəsləyib. "Bu sahə rayonda yeni olduğundan digər kümçülər kimi ilk illər çətinliklərim olsa da, mütəxəssislərdən öyrəndiklərimi tətbiq etməklə yaxşı nəticələr əldə etmişəm. Bu il 3 qutu ipəkqurdu toxumu götürüb bəsləmişəm. İpəkqurdlarına yaxşı qulluq etdiyimdən məhsul gözlədiyimdən də çox olub. Bu günə kimi tədarük məntəqəsinə 174 kiloqram barama təhvil vermişəm”, - deyə kümçü bildirib.

Rayonda barama tədarükü sürətlə davam edir. Qeyd edək ki, ötən il Saatlıda 52 ailə ipəkqurdu bəsləyib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM