04 Iyul 2020 00:26
694
İQTİSADİYYAT
A- A+

Çoxmərtəbəli yaşayış binalarının dam örtüklərində təmir işləri aparılır


Naftalanda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, şəhərdəki çoxmərtəbəli yaşayış binalarının dam örtüklərində təmir işlərinə başlanılıb.

Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, şəhər sakinlərinin müraciətləri əsasında, intensiv yağışlar yağan zaman su sızmalarının qarşısının alınması məqsədilə çoxmənzilli yaşayış binalarının dam örtüklərində zəruri tədbirlər həyata keçirilib.

Belə ki, xüsusi qaldırıcı texnikanın köməkliyi ilə çoxmərtəbəli yaşayış binalarının dam örtükləri və yağış suları axıdılan novalçalar təmizlənib, həmçinin sıradan çıxmış novalçalar yenisi ilə əvəz olunub.

Həmçinin şəhərdə 3 doqquz mərtəbəli yaşayış binasının fasad örtüyünün şüşə üzlükləri yuyularaq təmizlənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video