04 Iyul 2020 00:25
567
İQTİSADİYYAT
A- A+

Yarım ilin nəticələri heyvandarlar üçün uğurlu olub


Ağsu rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir və ötən yarım il bu sahədə çalışanlar üçün uğurlu göstəricilərlə başa çatıb.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildirilib ki, heyvandarlıq bölgədə ənənəvi təsərrüfat hesab edilir və son illər bu sahədə dinamik inkişaf davam edir. 2020-ci ilin ötən 6 ayında da ötən ilin müvafiq dövrünə nisbətən məhsul istehsalında artım olub. Belə ki, yarım ildə diri çəkidə 2708 ton ət istehsal edilib ki, bu göstərici ötən ilin müvafiq dövründəkindən 93 ton çoxdur. Süd istehsalı da 15 ton artaraq 14 min 944 tona, yun istehsalı 4 ton artaraq 314 tona, yumurta istehsalı 622 min ədəd çoxalaraq 8 milyon 124 min ədədə çatıb.

Rayonun demək olar ki, bütün ərazilərində, xüsusilə Gəgəli, Qaraqoyunlu, Kəndoba, Bozavand, Ərəbmehdibəy və bir sıra digər yerlərində daha yüksək artıma nail olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video