03 Iyul 2020 18:19
446
CƏMİYYƏT
A- A+

Sərtləşdirilmiş xüsusi karantin rejiminin ilk həftəsindən etibarən sağalanların sayında artım müşahidə olunub


İyunun 15-dən 21-dək olan müddətdə Azərbaycanda ümumilikdə 2772 nəfər koronavirusa yoluxub. Həmin həftə 1216 nəfər sağalıb, 35 nəfər vəfat edib. İyunun 22-28-də isə 3695 yoluxma, 2227 sağalma, 44 ölüm halı qeydə alınıb. Sərtləşdirilmiş xüsusi karantin rejiminin ilk həftəsindən etibarən sağalanların sayında artım müşahidə olunub. Bu da yeni yoluxma hallarının nisbətən sabitləşməsi ilə əlaqədardır.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlının sözlərinə görə, tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimi rəqəmləri sabit saxlamağa imkan versə də, bu yetərli deyil: "Kumulyativ olaraq sağalanların xəstəxanadan evə yazılmasının gecikməsi ilə əlaqədar xəstəxanaların üzərində yük artır. Məqsədimiz odur ki, karantinlə sabitləşən say vətəndaşların məsuliyyəti ilə azalmağa doğru getsin və mənfi dinamika aradan qalxsın”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video