03 Iyul 2020 17:52
739
DÜNYA
A- A+

Ermənistan ordusunun əsgərləri koronavirusa yoluxub


Azərbaycanın işğal edilmiş Qızqala (Qetavan) yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində və bütövlükdə yaşayış məntəqəsində koronavirusa kütləvi yoluxma faktı qeydə alınıb.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, kütləvi yoluxma halı ilə əlaqədar yaşayış məntəqəsinin giriş-çıxışı bağlanıb. Yaşayış məntəqəsinin karantinə alınmasına əsas səbəb ailə üzvləri ilə birlikdə koronavirusa yoluxmuş sahə həkimi Hovik adlı şəxsin kənd camaatını da infeksiyaya yoluxdurmasıdır.

Xəbərdə deyilir ki, həkim bu faktı gizlətdiyi üçün yanına gəlib-gedən xəstələrin - kənd camaatının da infeksiyaya yoluxmasına səbəb olub. Eyni zamanda, müəyyənləşdirilib ki, kənd həkimi Hoviklə ünsiyyətdə olan Qızqala hospitalının tibb bacısı Marina Qriqoryan da koronavirusa yoluxub.

Belə olan təqdirdə virusun yayılması domino effekti yaradıb və tibb bacısı M.Qriqoryanla ünsiyyətdə olan hospitalın sanitarları Ruzanna Xacaturyan, Stella Hovanisyan və Yelena Sağyanın da COVID-19-a yoluxduğu faktı ortaya çıxıb.

Hadisə ilə bağlı bütün hospitalın əməkdaşları və burada müalicə olunanlar karantinə alınıb, hospitala xəstə qəbulu dayandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video