03 Iyul 2020 14:57
372
SİYASƏT
A- A+

“Eurasia Review” portalında BMT Baş Assambleyasının xüsusi sessiyası ilə bağlı məqalə dərc olunub


"Eurasia Review” portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin "BMT Baş Assambleyasının tezliklə keçiriləcək xüsusi sessiyası” adlı məqaləsi dərc olunub.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, məqalə dünyanın üzləşdiyi COVID-19 böhranı fonunda Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə həsr olunub.

Müəllif yazıda COVID-19 pandemiyasının dünyada bir sıra fikir müxtəlifliklərini ortaya çıxardığını yazaraq qeyd edir ki, BMT məhz İkinci Dünya müharibəsi zamanı bu fərqlilikləri aradan qaldırmaq üçün yaradılmışdı. Zamanla müəyyən münaqişələrin öhdəsindən gələ bilməsə də BMT Soyuq müharibə zamanı öz effektivliyini ortaya qoydu. Müəllif qeyd edir ki, hazırda İkinci Dünya müharibəsindən sonra ən böyük böhran olan COVID-19-la mübarizə məqsədilə beynəlxalq ictimaiyyət hələ də adekvat cavab verməyib. Həmçinin regional təşkilatlar səviyyəsində bir sıra cəhdlər edilib. Müəllif bu kontekstdə Azərbaycanın sədrlik etdiyi Türk Şurası və Qoşulmama Hərəkatının aprel və may aylarında keçirilmiş virtual sammitlərini xatırladır. Fərid Şəfiyev qeyd edir ki, məhz Qoşulma Hərəkatı sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev payızda BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürüb: "Tarixdə bir çox beynəlxalq layihələr hər hansı ölkə və ya fəallar tərəfindən irəli sürülür. Məsələn Millətlər Liqasının yaradılması ideyası ABŞ Prezidenti Vudro Vilson tərəfindən irəli sürülmüşdü. 20-ci əsrin əvvəllərində tərksilah haqqında Haaqa Konvensiyasının təşəbbüskarları Rusiya çarı II Nikolay və Xarici İşlər naziri Mixayıl Muravyov olub. Ümid edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü gələcəkdə də inkişaf etdiriləcək və beynəlxalq ictimaiyyət İkinci Dünya müharibəsindən bu yana üzləşdiyimiz ən böyük böhranın öhdəsindən gəlmək üçün ümumi yanaşma nümayiş etdirməyə nail olacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video