03 Iyul 2020 14:55
578
CƏMİYYƏT
A- A+

Umayra Tağıyeva: Son zamanlar iqlim dəyişmələri özünü daha uzunmüddətli quraqlıq dövrləri ilə göstərir

Su çatışmazlığı problemi hazırda bəşəriyyəti narahat edən məsələlərdən biridir. Azərbaycan su ehtiyatları ilə zəif təmin olunan ölkələr sırasına daxildir. Respublikamız əsasən subtropik iqlim qurşağında yerləşdiyinə görə su ehtiyatları ilə təbii şəraitə uyğun olaraq az təmin olunub. Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir.

AZƏRTAC xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva jurnalistlərin su çatışmazlığı ilə bağlı suallarını cavablandırıb:

- Kənd təsərrüfatı istehsalının artması quraqlığa səbəb ola bilərmi?

- Quraqlıq təbii proses olduğuna görə, əksinə, o, kənd təsərrüfatına təsir göstərə bilər. Təbii ki, suya tələbat ilbəil artsa da, bu, yaranmış su

çatışmazlığının səbəbi deyil. Bunun əsas səbəbi təbii meteoroloji hadisə olan quraqlıqla bağlıdır. Belə proseslər çox güman ki, gələcəkdə də təkrar oluna bilər. Bunu nəzərə alaraq, bizim məqsədimiz belə proseslərin mənfi təsirlərini mümkün qədər azaltmaqdır. Bu istiqamətdə bütün səylər birləşdirilməlidir. Bu həm aidiyyəti olan təşkilatların, yerli icra orqanlarının, həm bələdiyyələrin gündəmində əsas məqsədlərdən olmalı, su itkilərinin qarşısı alınmalı, qənaətlə istifadə təmin edilməlidir.

Mayda düşən yağıntının miqdarı çoxillik normadan orta hesabla 2 dəfə az olubsa, iyun ayında bu göstərici 4 dəfəyədək aşağı olub. Aran rayonlarında normanın cəmi 11-28, Qazax-Gəncə bölgəsində və Lənkəran-Astara zonasında normanın 19, Balakən-Şəki bölgəsində isə 26 faizini təşkil edib. Bu da quraqlığı səciyyələndirən əsas amillərdəndir.

- Quraqlığı baş verəcəyi əvvəlcədən proqnozlaşdırılıbmı?

- Hər il qarölçmə işləri bitdikdən sonra aprel, may və iyun ayları üçün hidroloji proqnoz hazırlanır. Kompleks təhlillərə əsasən həmin dövr

üçün Kür çayından daxil olan suyun (Şəmkir su anbarına) çoxillik normadan 40 faizədək, Qanıx çayında isə (Mingəçevir su anbarına) 35 faiz normadan az olacağı proqnozu verilib. Faktiki olaraq isə sululuq normadan 33-53 faiz az olub. Buna görə də faktiki müşahidə olunan sululuq bu ilin aprel, may, iyun ayları üçün verilən hidroloji proqnoza yaxın olub. Bir sözlə, bu ilin azsulu keçməsi gözlənilirdi. Bundan əlavə, ongünlük və gündəlik hidroloji məlumatlarda çaylarda sululuğun normadan az olacağı və aşağı sululuğun davam edəcəyi də proqnozlaşdırılıb. Hazırda müşahidə olunan vəziyyət, gözlənilən az sululuğun nəticəsidir.

- Ölkəmizdə çayların sululuğuna təsir edən güclü quraqlıq prosesi nə zaman qeydə alınıb?

- Azərbaycanda ayrı-ayrı illərdə müxtəlif dərəcəli quraqlıq prosesi qeydə alınıb. Ölkəmizdə 2000, 2001 və 2014-cü illərdə baş vermiş güclü quraqlıq prosesi çayların sululuğuna mənfi təsirini göstərib.

Qeyd edək ki, son zamanlar iqlim dəyişmələri özünü daha uzunmüddətli quraqlıq dövrləri ilə göstərir. Belə ki, Kür çayının sululuğu son 8 ildə normadan az olub, lakin bu il proses daha qabarıq hal alıb.

Onu da qeyd etmək lazımdır ki, müşahidə olunan su çatışmazlığının əsas səbəbi təbii quraqlıqdır. Lakin onun baş verməsinə təbii səbəblərlə yanaşı, antropogen amillərin də təsir göstərdiyini müşahidə edirik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video