Alternative content

14:22 11 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV TAP-ın çəkilişi son mərhələyə qədəm qoyub
TAP-ın çəkilişi son mərhələyə qədəm qoyub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:22 03.07.2020


Adriatik dənizinin altından keçən xətt tam hazırdır


3500 kilometrlik "Cənub qaz dəhlizi”ni yaradan üç kəmərdən sonuncusunun TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) çəkilişi yekun mərhələyə qədəm qoyub. Belə ki, layihənin mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 96 faizi tamamlanıb. Bu barədə kəmərin operatoru olan TAP AG şirkəti geniş məlumat verib.

Əvvəla, xatırladaq ki, TAP Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) və Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) davamı olub, Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı nəql edəcək. Bu xətt mavi yanacağı Yunanıstanın və Albaniyanın ərazisindən, eləcə də Adriatik dənizinin altından keçirməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq.

TAP-ın uzunluğu 878 kilometr, quru hissədə diametri 48, suyun altından keçən hissədə 36 düymdür. Kəmərin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 810 metr dərinlikdən, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Məhz bu səbəblərdən də inşaat işləri çətin və mürəkkəb şəraitdə aparılır. Buna baxmayaraq, inşaatçılar indiyədək bütün işlərin öhdəsindən layiqincə gəliblər.

Tikinti işləri artıq sona çatmaqdadır. Kəmərin marşrutu boyu hər gün yüzlərlə metr ərazi təmizlənir, borular düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa olunur.

TAP-ın Adriatik dənizinin altından keçən 105 kilometrlik hissəsinin çəkilişinin başa çatması layihənin böyük uğurudur.

Buraya "Saipem” şirkətinin "Castoro Sei” sualtı borudüzən gəmisi ilə boruların dənizdə quraşdırılması və bir sıra digər işlər daxil idi. İtaliya və Albaniya sahillərini birləşdirmək üçün görülən bu işlərə cari ilin əvvəlində başlanmışdı.

Diqqətçəkən faktdır ki, kəmərin dəniz hissəsində ümumi çəkisi 100 min ton olan təxminən 9 min boru istifadə edilib. Borular Adriatik dənizinin dibində - İtaliya sularında 25, beynəlxalq sularda 43 və Albaniya sularında 37 kilometr məsafə boyu uzanıb. "Castoro Sei” gəmisi gündə orta hesabla 1,2-2,8 kilometr boru düzüb.

TAP layihəsi operatorunun bildirdiyinə görə, kəmərin Yunanıstanda sınaq işləri də tamamlanıb. Bu ilin may ayından təbii qazın Yunanıstan-Albaniya sərhədində, Bilisht regionunun yaxınlığındakı ölçmə stansiyasına nəqlinə başlanıb. Yaxın vaxtlarda qazın tədricən kəmərin Albaniyadakı digər hissələrinə də daxil edilməsi həyata keçiriləcək.

Ötən ilin noyabrında TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanmış, Evros çayı ilə Kipoidəki kompressor stansiyası arasında kəmərin iki kilometrlik hissəsinə təbii qaz verilmişdi. Sonra sınaq işləri bütövlüklə Yunanıstan hissəsini əhatə etmişdi. Təbii qazın boru kəməri sisteminə daxil edilməsi "Şahdəniz-2” qazının Avropaya tədarükünün başlanğıcı üzrə növbəti mərhələdir. TAP vasitəsilə ticari məqsədlə qaz nəqli bu ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə verildiyi və sınaqdan keçirildiyi vaxtda gözlənilir.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) yerləşən kompressor stansiyalarının inşası tamamlanıb. Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də yekunlaşıb. İtaliyadakı təbii qazın qəbulu terminalının tikinti işlərinin isə 70 faizi başa çatıb. TAP-ın Yunanıstan hissəsində torpaq örtüyünün bərpası işləri yekunlaşır. İlk mərhələ istifadəyə verildikdən sonra təbii qazın boru kəmərinin Yunanıstan marşrutunun digər hissələrinə, eləcə də Albaniya və İtaliyaya mərhələli şəkildə nəqlinə başlanacaq.

Həmçinin TAP-ın İtaliyadan keçəcək təxminən 8 kilometrlik hissəsinin çəkilişində qızğın iş gedir. Belə ki, İtaliyanın Puqlia bölgəsində boru xətti sahilə çıxır. Burada kəmər həmin ölkənin "Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

Xatırladaq ki, TAP-ın səhmdarları BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A.” (20 faiz), "Fluxys” (19 faiz), "Enagas” (16 faiz) və "Axpo” (5 faiz) şirkətləridir. Kəmərin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Layihə üzrə kapital xərcləri 4,5 milyard avro təşkil edir.

Onu da qeyd edək ki, bütün bu işlər COVID-19 pandemiyasının hələ də hökm sürdüyü bir şəraitdə həyata keçirilir. Ona görə də kəmərin çəkilişində iştirak edən bütün insanların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə geniş tədbirlər həyata keçirilir.

Flora SADIQLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM