Alternative content

06:07 09 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:28 09.08.2020 Musiqi ilə keçən ömür
00:26 09.08.2020 Ramana qalası
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Baş prokuror Ombudsman ilə görüşüb
Baş prokuror Ombudsman ilə görüşüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:28 02.07.2020

Azərbaycanda hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməklə, ötən illər ərzində insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla birgə əməkdaşlıq məsələləri inkişaf etdirilib, o cümlədən insan hüquqlarının müdafiəsi sahəsində mühüm nailiyyətlər əldə olunub. İnsan hüquq və azadlıqlarının etibarlı müdafiəsi prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla insan hüquqlarının peşəkar müdafiəsi sahəsində ixtisaslaşmış təşkilatlarla qarşılıqlı səmərəli əməkdaşlıq məsələlərinin möhkəmləndirilməsinə xidmət edən çoxşaxəli işlər görülüb.

Belə tədbirlərin davamı kimi, iyulun 2-də Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva ilə Baş prokuror Kamran Əliyev arasında görüş keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə insan hüquqlarının effektiv təminatı baxımından birgə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, vətəndaşlarımızın hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində mühüm məsələlər müzakirə olunub.

Görüşdə insan hüquqlarının təmini, müvafiq istiqamətlər üzrə qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdən irəli gələn məsələlərin və beynəlxalq təşkilatlar tərəfindən ölkəyə verilmiş tövsiyələrin müzakirə olunaraq milli qanunvericiliyə implementasiyası istiqamətində əməkdaşlıq imkanlarından danışılıb.

Tədbir zamanı hüquq pozuntularının, ehtimal olunan işgəncə və digər qeyri-insani rəftar hallarının qarşısının alınması məqsədilə hüquq mühafizə orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin təşkili prosesində yeni yanaşmaların tətbiqi imkanları istiqamətində əməkdaşlıq məsələləri də müzakirə edilib.

Görüşdə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin qəbulu zamanı, habelə istintaq orqanları tərəfindən başlanmış cinayət işləri üzrə təqsirləndirilən şəxslərin, o cümlədən yetkinlik yaşına çatmayanların və əlilliyi olan şəxslərin özləri, onların ailə üzvləri və vəkillərinin ərizə və müraciətlərində yer alan məsələlər də əsas müzakirə mövzusu olub.

Qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada və hallarda qanunların icra və tətbiqinə nəzarətin təşkili səviyyəsinin artırılması, bu sahədə prokuror nəzarəti vəziyyətinin öyrənilməsi, müəyyən olunan hüquq pozuntularının qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi, metodiki tövsiyələrin, hesabatların hazırlanması istiqamətində əməkdaşlıq imkanları dəyərləndirilib.

Görüşdə maraq kəsb edən mövzular ətraflı müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM