Alternative content

19:50 07 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Son sutka ərzində dünyada koronavirusa rekord yoluxma halı qeydə alınıb
Son sutka ərzində dünyada koronavirusa rekord yoluxma halı qeydə alınıb
ANA SƏHİFƏ / DÜNYA
15:02 02.07.2020

Son sutka ərzində dünyada koronavirusa rekord sayda – 196 min 900 yoluxma halı qeydə alınıb. Öncəki gün yoluxanların sayı 175 min 814 nəfər təşkil etmişdi.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, həmçinin iyulun 1-də COVID-19 infeksiyası səbəbindən 4 min 847 nəfər həyatını itirib.

Saytın Bakı vaxtı ilə bu gün saat 13:40-a olan məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 10 milyon 829 min nəfəri, infeksiya səbəbindən ölənlərin sayı isə 519 min nəfəri ötüb. Eyni zamanda, 6 milyon 48 mindən çox xəstə sağalıb.

İndiyə qədər COVID-19 infeksiyasından sağalanlara nisbətdə ölənlərin sayı 8,03 faiz, aktiv xəstələr arasında vəziyyəti ağır olanların sayı isə 1 faizdir.

Ötən sutka ərzində dünyada ən çox yoluxma halı ABŞ-da qeydə alınıb – 51 min 97 nəfər. Bu, həm də ölkə daxilində qeydə alınan rekord göstəricidir. Beləliklə, Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 2 milyon 780 min 152 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yerlərdə Braziliya (1 milyon 453 min 369), Rusiya (661 min 165), Hindistan (606 min 647), Böyük Britaniya (313 min 483) və İspaniya (296 min 739) gəlir.

Birləşmiş Ştatlar COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 130 min 798 nəfər. İlk beşliyə daxil olan Braziliyada 60 min 713, Birləşmiş Krallıqda 43 min 906, İtaliyada 34 min 788, Fransada isə 29 min 861 nəfər koronavirus səbəbindən həyatını itirib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM