02 Iyul 2020 00:41
610
CƏMİYYƏT
A- A+

Koronavirusla mübarizə milli təhlükəsizlik məsələsidir


Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən islahatlar öz müsbət nəticələrini verir. Xüsusilə qeyri-neft sektorunda və regionların sosial-iqtisadi inkişafında daha böyük nailiyyətlər qazanılır. Aparılan islahatlar və regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası sayəsində elə sahələr var ki, burada artım faizlə deyil, dəfələrlə ölçülür.

Ölkənin hərtərəfli inkişafı məqsədilə 2004-cü ildən indiyə kimi üç dövlət proqramı uğurla icra edilib, dördüncü proqramda nəzərdə tutulan işlər davam etdirilir. Bu proqramda nəzərdə tutulan hər bir obyektin vaxtında tikilib istifadəyə verilməsi dövlət başcısının nəzarətindədir. Bu səbəbdən də bir çox layihələrin təməlqoyma və açılış mərasimlərində Prezident şəxsən iştirak edir. Həmçinin regionlarda icra edilən hər bir layihənin sosial-iqtisadi əhəmiyyəti hərtərəfli araşdırıldıqdan sonra onun icrasına start verilir. Bunun sayəsində regionlarda görülən işlər son dərəcə səmərəlidir. İndiyədək fəaliyyətə başlayan çoxsaylı sosial-iqtisadi obyektlər ölkənin hərtərəfli inkişafına öz töhfəsini verir.

Prezident regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icra edilməsində iki faktora xüsusi diqqət yetirir. Dövlət başçısının tapşırığı odur ki, iqtisadi və sosial layihələr paralel şəkildə icra edilsin. Biz bunun Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iyunun 24-də Gəncə şəhərinə səfəri zamanı da şahidi olduq.

Dövlət başcısı Gəncədə yeni tikilən "NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açlışında iştirak etdi. Prezidentə məlumat verildi ki, yeni müəssisədə süni mərmər, keramoqranit, yəni yer və divar üzlükləri, metlaq və quru inşaat qarışıqları istehsal ediləcək. Həmçinin illik istehsal gücü 40 min ton astar, eləcə də 20 min ton üzlük olan tikinti materialları istehsalı zavodu tikilib ki, hazırda burada avadanlıqların quraşdırılması prosesi gedir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları üzrə tikilən obyektlərin inşasına, həmçinin hərtərəfli elmi araşdırmalar aparıldıqdan sonra qərar verilir. "NB Satınalma və Ticarət” MMC-nin yeni müəssisəsinin açılışında bu məsələyə də diqqət yetirilib. MMC-də məhsulların hazırlanması üçün xammal Daşkəsən, Şəmkir, Ağstafa və Qaradağ rayonlarından gətirilir. Birincisi, bu xammal daxildən olduğu və istehsal edilən məhsulun maya dəyəri aşağı olduğu üçün xarici bazarda məhsulumuzun rəqabət qabiliyyəti yüksələcək. İkincisi isə, yerli xammaldan istifadə adları çəkilən rayonların inkişafına da müəyyən qədər təsir göstərəcək. Burada istesal edilən məhsulların Rusiya Federasiyasına, Gürcüstana və Orta Asiya ölkələrinə satışı nəzərdə tutulub.

Məlum olduğu kimi, dövlət tərəfindən sahibkarlıgın inkisafına hərtərəfli dəstək verilir. Son bir necə ildə iş adamlarına müxtəlif növ vergi güzəştləri edilib, müəyyən sahələr üzrə lisenziyaların verilməsi sadələşdirilib və ya ləğv olunub. Həmçinin qanunvericilik bazası təkmilləşdirilib, sahibkarların hüquqlarının qorunması üçün hüquqi və normativ aktlarda dəyişikliklər aparılıb. Dovlətin yaratdığı bu imkandan Gəncədə fəaliyyət gostərən sahibkarlar da faydalanıb. Belə ki, 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edildikdən sonra Sahibkarlığın İnkişafı Fondu tərəfindən Gəncədə calışan 498 sahibkara 51,2 milyon manat kredit verilib.

Prezident dəfələrlə bəyan edib ki, dövlət siyasətində Azərbaycan vətəndaşının mənafeyi öndə durur. Bu günə qədər ölkə vətəndaşlarının sosial rifahını yaxşılaşdıran layihələrin icrası da bunu sübut edir. Gəncə şəhəri də bu sahədə istisna deyil. Dövlət başcısının səfəri zamanı şəhərdə icra edilən sosial layihələr barədə məlumat verildi. Bildirildi ki, Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) tərəfindən 18 çoxmərtəbəli bina və əsaslı təmirə ehtiyacı olan 28 və 46 nömrəli ümumtəhsil məktəbləri ücün bina, usaq bağcası, həmcinin digər xidmət obyektləri tikilir. Cari ilin avqust ayında ümumtəhsil məktəb binasının və 2021-ci ilin sonunadək 11 yaşayış binasının istismara verilməsi nəzərdə tutulur.

Gəncə Azərbaycanın qədim şəhəridir və burada tikilən binaların bir çoxu xalqımızın tarixinin və memarlığının yadigarlarıdır. Dövlət başcısı burada "Şah Abbas” və "Uğurlu Xan” karvansara komplekslərinin bərpasından sonrakı vəziyyəti ilə tanış olub. "Şah Abbas” karvansarası 1663-1664-cü illərdə tikilib. Bu karvansaranın qarşısındakı bazar meydanı isə böyüklüyünə görə təkcə Təbriz bazar meydanından geri qalırmış. Bu fakt Gəncənin Azərbaycanın iqtisadiyyatındakı önəmli rolunu aydın şəkildə göstərir.

Prezident İlham Əliyevin iqtisadi siyasətində sənayeləşmə mühüm yer tutur. Dünyanın bir sıra qabaqcıl şirkətləri ilə sıx əməkdaşlıq yaradılaraq ölkəmizdə yüksək keyfiyyətli məhsulların istehsalı təşkil edilir. Dövlət başcısının təşəbbüsü ilə "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə Belarusun "Belkommunmaş” ASC arasında bağlanmış müqavilə əsasında müəssisədə yeni "E-321” markalı elektrobusun istehsalına başlanılıb. İndiyədək 4 elektrobus yığılıb. Eyni zamanda birlikdə Finlandiyanın "Sampo” firması ilə əməkdaşlıq sayəsində yeni müasir kombaynların yığılmasına da başlanılıb.

Səfər zamanı dövlət başcısı Gəncə Dövlət Dram Teatrının və Gəncə İdman Sarayının tikintisinin gedişi ilə tanış oldu. Hər iki obyektin istifadəyə verilməsi şəhərin mədəni və idman həyatında mühüm rol oynayacaq. Azərbaycan Dövlət Aqrar Universitetinin yeni istifadəyə verilən tədris korpusunun açılışı isə yüksək səviyyəli kadrların hazırlanmasına və aqrar elmin inkişafına böyük töhfə verəcək.

Prezident İlham Əliyevin koronavirusla mübarizədə gördüyü islər ölkə ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə Azərbaycan dövlətinin həyata keçirdiyi qabaqlayıcı tədbirləri yüksək dəyərləndirib. Azərbaycanı dünyaya nümunəvi ölkə kimi təqdim edib. Dövlət başcısının səhiyyə sisteminin inkişafına göstərdiyi qayğısı sayəsində Azərbaycan bu gün dünyada ən aşağı koronavirusa yoluxma və ölüm halları qeydə alınan ölkələrdən biridir.

Prezidentə 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında məlumat verildi ki, digər modul tipli infeksion xəstəliklər korpuslarında olduğu kimi, burada da orta simptomları olan infeksion koronavirus xəstələrin qəbulu və müalicəsi üçün hər cür şərait yaradılıb. Bununla yanaşı, daha ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz olunması istiqamətində işlər görülür. Üç korpusdan ibarət olan, ümumilikdə 100 palata və 200 çarpayılıq xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generator sistemi, həmçinin xüsusi havalandırma sistemi ilə təchiz edilib.

Dövlət başcısı xəstəxana personalı ilə görüşü zamanı səhiyyə sistemində görülən işlərə və ölkə vətəndaşlarının sağlamlığına böyük əhəmiyyət verdiyini bildirərək demişdir: "Bütövlükdə deyə bilərəm ki, əgər son illər ərzində mənim göstərişimlə ölkəmizin hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün biz koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik. Son illərdə ölkəmizin səhiyyə sisteminin möhkəmləndirilməsi işində ən vacib məsələlərdən biri yeni xəstəxanaların tikilməsi, köhnə xəstəxanaların isə əsaslı təmiri və bərpası olmuşdur. Beləliklə, bizim şəhərlərin mütləq əksəriyyətində xəstəxanalar tikilib və bir neçə şəhərdə tikinti davam edir”.

2004-cü ildən regionların sosial-iqtisadi inkisafı Dövlət proqramlarının icrası sayəsində bölgələrdə çox iş görülüb. Üç dövlət proqramının icrası və dördüncü proqramın uğurla davam etməsi nəticəsində regionlarda mühüm sosial-infrastruktur layihələri icra edilib, minlərlə istehsal və xidmət müəssisəsi fəaliyyət göstərir, yeni iş yerləri açılıb. Dövlət başçısının iyunun 24-də Gəncəyə səfəri çərçivəsində açılan istehsal və sosial obyektlərinin timsalında regionların sosial-iqtisadi inkisafı Dövlət proqramlarının uğurla icra edilməsi bir daha aydın görünür.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video