01 Iyul 2020 16:53
443
SİYASƏT
A- A+

Böyük Britaniyanın “Diplomat” jurnalında Azərbaycanın COVID-19-a qarşı uğurlu mübarizəsindən bəhs edən məqalə dərc olunub


Böyük Britaniyanın nüfuzlu "Diplomat” jurnalında Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadə və Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Cavanşir Feyziyevin COVID-19-a qarşı Azərbaycanın uğurlu mübarizəsindən bəhs edən məqaləsi dərc olunub.

Məqalədə Azərbaycanın vətəndaşların sağlamlığını qorumaq üçün erkən və səmərəli tədbirlər görən ilk ölkələrdən biri olması, pandemiyanın iqtisadi və sosial təsirlərinin aradan qaldırılması üçün əhəmiyyətli addımlar atması, eləcə də üzv olduğu beynəlxalq təşkilatlar vasitəsilə bu sahədə qlobal həmrəyliyi təşviq etməsindən söhbət açılır. Xəstəliyin başlanğıcından bəri ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq etməsi və təşkilatın rəhbəri tərəfindən martın 23-də Azərbaycan Prezidentinə göndərilən məktubda ölkədə görülən tədbirlərin nümunəvi adlandırılması vurğulanıb.

Azərbaycanın aprel ayında COVID-19-a qarşı mübarizə üzrə sədrlik etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının virtual sammitini, may ayında isə hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının virtual zirvə toplantısına ev sahibliyi etməsi nəzərə çatdırılıb. Bu xüsusda, Azərbaycanın bu günlərdə Qoşulmama Hərəkatına üzv ölkələr adından BMT-nin Baş Assambleyasının COVID-19 ilə mübarizəyə dair xüsusi sessiyasını çağırmaqla bağlı təşəbbüsünün BMT-yə üzv olan 130 üzv dövlət tərəfindən dəstəkləndiyi də oxucuların diqqətinə çatdırılıb.

Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür: https://diplomatmagazine.com/saving-lives-the-fight-against-the-pandemic/.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video