01 Iyul 2020 14:42
867
DÜNYA
A- A+

Koronavirus dünyada 186 jurnalistin həyatını alıb


Son dörd ay ərzində 35 ölkədə azı 186 jurnalist koronavirus səbəbindən həyatını itirib.
Bu barədə məlumat "Press Emblem Campaign” qeyri-hökumət təşkilatının hesabatında yer məlumat verilir.
Ötən ay COVID-19 infeksiyası səbəbindən ölən jurnalistlərin sayı 59 nəfər təşkil edib.
Təşkilat qeyd edir ki, bəzi ölkələrdə pandemiya ilə bağlı statistikanın tam olmadığı və ölənlərin hamısı koronavirus testindən keçirilmədiyi üçün onların sayı daha çox ola bilər.
Bu göstəriciyə görə Latın Amerikası ölkələri liderlik edir. Burada 93 KİV əməkdaşı COVID-19 infeksiyasının qurbanı olub. Sonrakı yerlərdə Asiya (34), Avropa (26), Afrika (19) və Şimali Amerika (14) ölkələri qərarlaşır.
Jurnalistlər arasında ən çox ölüm halları Peruda qeydə alınıb – 37 nəfər. Siyahıda ölkələr üzrə növbəti yerləri Braziliya (16), Meksika (14), ABŞ (13), Ekvador (12), Pakistan (10), Banqladeş (9), Hindistan (9), Nigeriya (8), Böyük Britaniya (7), Boliviya (5), Rusiya (5), Nikaraqua (4) və Fransa (4) tutur. Bundan başqa mətbuat işçiləri arasında ölüm halları Dominikan Respublikası, İspaniya, İtaliya və Kamerunda da baş verib.
Təşkilatın məlumatına görə, 2020-ci ilin ilk altı ayı ərzində dünyanın 18 ölkəsində 33 jurnalist qətlə yetirilib. KİV nümayəndələri üçün ən təhlükəli ölkə Meksika sayılır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video