01 Iyul 2020 13:12
541
DÜNYA
A- A+

Entoni Fauçi: ABŞ-da COVID-19 koronavirusuna yoluxma hallarının sayı gündə 100 minə çata bilər

ABŞ-da yoluxucu xəstəliklər üzrə aparıcı ekspert olan doktor Entoni Fauçi çərşənbə axşamı Senat komitəsində çıxışında bəyan edib ki, Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı yekun nəticədə gündə 100 minə çata bilər. ABŞ Senatının səhiyyə, təhsil, əmək və pensiyalar üzrə komitəsində dinləmələrdə çıxış edən doktor Fauçi Ağ evin koronavirusla mübarizədə hədəf qrupunun digər üzvləri ilə birgə bildirib ki, Birləşmiş Ştatlar hazırda pandemiya üzərindəki vəziyyətə nəzarət etmir.

AZƏRTAC xəbər verir ki, doktor Fauçi son günlər ərzində qeydə alınan yoluxma hallarının sayının iki dəfə arta biləcəyini vurğulayıb. O deyib: "İndi bizdə hər gün 40 mindən artıq yoluxma halı qeydə alınır. Bu rəqəm gündəlik 100 minədək qalxarsa, mən təəccüblənmərəm. Mən buna görə olduqca narahatam”.

Fauçi, həmçinin bildirib ki, koronavirus əleyhinə təsirli vaksin yaxın gələcəkdə işlənib hazırlanacaq. Ekspert bəyan edib ki, o, müəssisələrin və ictimai təşkilatların fəaliyyətinin bərpasına çox tez icazə verilən Texas, Florida və Arizona ştatlarında yoluxma hallarının sayının sürətlə artmasına görə çox narahatdır.

İyunun 30-na olan məlumata görə, ABŞ-da 2,7 milyon yoluxma halı qeydə alınıb, 130 min nəfər bu xəstəliyin qurbanına çevrilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video