30 Iyun 2020 20:55
444
CƏMİYYƏT
A- A+

Yaqut Qarayeva: Sərt karantin rejimi tətbiq olunmasaydı, yoluxma hallarının ikiqat artımını müşahidə edə bilərdik


Hazırda tətbiq olunan sərt karantin rejimi öz nəticəsini verir. Belə ki, ölkəmizdə COVID-19-a yoluxma sayı stabilləşib.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

"Düzdür gündəlik yoluxma sayı 500-dən çoxdur. Lakin yoluxma hallarının ikiqat artımı ola bilərdi ki, sərt karantin rejimi nəticəsində bu, baş vermir. Bu da bizə imkan verir ki, biz müalicə müəssisələrində çarpayı fondunu doğru istifadə edək və xəstələrə normal tibbi xidmət göstərə bilək. Bu, bizim üçün çox önəmlidir”, - deyə Y.Qarayeva qeyd edib.

TƏBİB-in şöbə müdiri şadlıq saraylarında xəstələrin yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Hazırda heç bir halda koronaviruslu xəstə tibb müəssisəsindən kənarda müalicə olunmur. Sadəcə olaraq, Atletlər Kəndi karantin müəssisəsi olaraq istifadə edilir. Orada bəzi xəstələrin qəbul olunması və müayinə nəticəsində çeşidlənməsi həyata keçirilir. Bundan başqa, xəstələrin səhiyyə müəssisələrindən kənarda müalicəsi aparılmır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video