30 Iyun 2020 20:54
560
SİYASƏT
A- A+

Prezidentin köməkçisi: Azərbaycanın təcrübəsindən yararlanan bir çox dövlətlər var


Koronavirusla müharibədə hər bir məsələdə olduğu kimi, xalq-dövlət birliyi ən vacib prinsiplərdən biri olmalıdır. Azərbaycan vətəndaşlarının bütün digər məsələlərdə olduğu kimi, bu məsələdə də dövlətin yanında olması çox yüksək qiymətləndirilir. Vətəndaşlarımızın mütləq əksəriyyəti də çox gözəl başa düşür ki, dövlətimizin bu siyasətinin təməlində vətəndaşlarımızın sağlamlığı, onların təhlükəsizliyinin təmin olunması dayanır.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 30-da keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Təbii ki, müəyyən istisnalar da vardır. Bu istisnalar hər birimizə çətinliklər yaradır, ölkəmizdə virusun yayılması ilə bağlı xoş olmayan tendensiyaların yaranmasına səbəb olur”, - deyən Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan bu məsələdə digər ölkələrlə də fikir mübadiləsi aparır. Azərbaycanın təcrübəsindən yararlanan bir çox dövlətlər var.

Xaricdə olan vətəndaşlarımız ölkəmizə gətirilməsi ilə bağlı məsələdən də bəhs edən Hikmət Hacıyev qeyd edib ki, artıq Bakı-İstanbul-Bakı istiqaməti üzrə Azərbaycan Hava Yolları və Türk Hava Yolları şirkətlərinin xətti ilə çarter reysləri təşkil olunur. Burada əsas şərt ondan ibarətdir ki, həm Azərbaycanın, həm də Türkiyənin müəyyən olunmuş aidiyyəti səhiyyə institutları, nazirləri tərəfindən qoyulmuş şəhadətnamələrə uyğun olaraq son 48 saat ərzində etibarlı olan testlər həyata keçirən vətəndaşlar bu imkandan yararlanacaqlar və onlar artıq karantində saxlanılmırlar. Lakin onlar iki həftə evdən çıxmamaq haqqında öhdəlik götürdükləri üçün onlara bu müddət ərzində icazələr verilmir. Digər istiqamətlər üzrə də bu qəbildən olan çarter reyslərinin təşkili məsələsi də nəzərdən keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video