30 Iyun 2020 20:34
434
CƏMİYYƏT
A- A+

Ev şəraitində müalicə alan koronaviruslu xəstənin evi tərk etməsi və ziyarətçi qəbul etməsi qəti qadağandır


Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi qərarı ilə hospitalizasiyaya ehtiyacı olmayan və ağır gedişli COVID-19-a səbəb ola biləcək risk faktorları - hipertoniya, diabet, xroniki ağciyər xəstəliyi, xroniki ürək xəstəliyi, xroniki böyrək çatışmazlığı və ya immun çatışmazlığı və s. olmayan təsdiqlənmiş COVID-19 xəstələri müvafiq müalicə müddətində ev şəraitində izlənilə bilərlər.

Xəstənin monitorinq müddətində evi tərk etməsi və ziyarətçi qəbul etməsi qəti qadağandır. Xəstənin evi tərk etməsinə xüsusi qurğular və proqram təminatı vasitəsilə nəzarət edilir. Xəstələrə və onların yaxınlarına tənəffüs gigiyenası mövzusunda xüsusi təyin edilmiş tibb işçiləri tərəfindən təlim keçirilməlidir. Belə ki, xəstələr öskürən və ya asqıran zaman ağızlarını əl dəsmalı ilə bağlamalı, əsasən kağız dəsmallara üstünlük verməlidirlər. İstifadə olunan kağız dəsmallar neylon torbaya qoyulmalı və torbanın ağzını bağlayıb ikinci bir neylon torbaya atılmalı və əllərini tez-tez yumalıdırlar. Bununla əlaqəli müvafiq broşür təqdim edilir.

AZƏRTAC xəbər verir ki, bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) COVID-19 təsdiqlənmiş şəxslərin evdə monitorinqinə dair hazırladığı metodiki göstərişlərdə əks olunub.

Metodiki göstərişlərdə, həmçinin qeyd olunub ki, xəstə yaxınlarına xüsusi təyin edilmiş tibb işçiləri tərəfindən xəstəliyin profilaktikasına dair təlim keçirilir. Evə gələn tibb işçiləri fərdi qoruyucu vasitələri tam geyinir. Evdə nəzarət ediləcək xəstəyə müşahidə müddətində özünütəcrid qaydaları və bu qaydaların pozulmasının hüquqi məsuliyyəti izah edilir, müvafiq razılıq forması imzalanır.

Monitorinqi evdə aparılan xəstələr sağalana qədər onların səhhəti və ya vəziyyəti ailə həkimi tərəfindən nəzarətdə saxlanılır. Xəstənin tibbi məlumatları ailə/sahə həkimi ilə paylaşılır, 14 gün ərzində günaşırı telefonla xəstənin vəziyyəti "COVID-19 xəstənin evdə monitorinq forması”na əsasən öyrənilərək qiymətləndirilir. Monitorinq nəticələri elektron ambulator karta əlavə edilir. Ailə üzvlərinin yoluxma riskinin qarşısını almaq üçün monitorinqi evdə aparılan şəxslər, mümkünsə, digərlərindən ayrı otaqda, mümkün olmadıqda isə yaxşı havalandırılan otaqda, başqalarından ən azı 1 metr məsafəni saxlamaqla və tibbi maska taxmaqla qalır. Maska nəm olduqda yenisi ilə əvəz olunur. Xəstənin ev daxilində hərəkəti mümkün qədər məhdudlaşdırılır. Xəstə insana qulluq üçün ailə üzvlərindən biri seçilir və həmin şəxs fərdi qoruyucu vasitələrdən istifadə edir. Şərait olduğu təqdirdə, xəstə ayrı tualet və hamam otağından istifadə edir. Ümumi tualet və hamam otağından istifadə edilərsə, həmin otaqlar tez-tez havalandırılmalıdır. Hamam otağını və tualetləri gün ərzində ən azı bir dəfə durulaşdırılmış ağardıcı ilə təmizləmək lazımdır (1:100 normal durulaşdırılmış ağardıcı (natrium hipoxlorid). Xəstə şəxsi əşyalarını başqaları ilə bölüşməməli və ya ailə üzvləri ilə stəkan, boşqab və dəsmal kimi ev əşyalarından ortaq istifadə etməməlidir. Bu əşyalar sabun və su ilə yuyulmalıdır. Xəstənin istifadə etdiyi paltar, dəsmal, yataq örtüyü kimi tekstil məhsulları 60-90°C-də yuyucu toz ilə yuyulmalıdır. Xəstənin otağının təmizlənməsi zamanı əlcəklərdən və tibbi maskadan istifadə edilməlidir. Tənəffüs sekresiyaları və ya bədən mayeləri ilə çirklənmə halında, bütün səthlər 1:100 normal durulaşdırılmış ağardıcı (natrium hipoxlorid) ilə təmizlənməli, əhəmiyyətli dərəcədə çirklənmə olduqda isə 1:10 normal durulaşdırma ilə hazırlanmış ağardıcıdan istifadə edilməlidir. 1/100 nisbətində ağardıcı əldə etmək üçün praktik olaraq 10 litr suya 100 milli litr ağardıcı əlavə edilməlidir.

Özündə respirator xəstəlik əlamətlərini (qızdırma, halsızlıq, öskürək, ürək bulanma, nəfəs darlığı) hiss edilən halda təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə müraciət edilməlidir. Xəstənin daşınması tələb olunarsa, nəqli zamanı müvafiq fərdi qoruyucu vasitələrdən istifadəsi təmin edilməlidir.

Yaşı 60-dan yuxarı və ya ağır gedişli COVID-19-a səbəb ola biləcək risk faktoru olan xəstələrin müşahidəsi xüsusi rejimli tibb müəssisəsində icra edilməlidir. Hospitalizasiya edilmiş və xəstəxanadan evə yazılma meyarlarına cavab verən xəstələr bərpa müddətlərini ev şəraitində tamamlaya bilərlər. Xəstə müvafiq antiviral müalicə dərmanları ilə təmin edilərək evinə göndərilir. Xəstəxanadan evə yazıldıqdan sonra xəstənin monitorinqi müvafiq ailə sağlamlıq mərkəzi (sahə poliklinikası) tərəfindən aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video