Alternative content

05:44 13 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:29 12.07.2020 Dünya yenidən qapanır
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan hökuməti pandemiyanın mənfi təsirlərini minimumlaşdırmağa çalışır
Azərbaycan hökuməti pandemiyanın mənfi təsirlərini minimumlaşdırmağa çalışır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
20:28 30.06.2020

Sahibkarlığın güzəştli maliyyələşdirilməsində yeni mexanizmlər və Elektron Kredit Platforması təqdim olunub


İyunun 30-da Azərbaycan iqtisadiyyatında yaranmış yeni çağırışlar, sahibkarlığa yeni dəstək mexanizmləri və sahibkarların bu dəstək üçün onlayn rejimdə müraciət etməsi üçün yaradılmış Elektron Kredit Platformasının təqdimatına həsr edilmiş brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat nümayəndələrinin iştirakı ilə keçirilmiş brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov dünya enerji və fond bazarlarında durğunluq, koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərin və yaranmış yeni çağırışların milli iqtisadiyyata təsirləri barədə danışıb. Qeyd edib ki, pandemiyanın mənfi təsirləri və neftin qiymətinin qeyri-sabitliyi nəticəsində iqtisadi fəallıq azalıb, iqtisadi tarazlıq pozulub, tətbiq edilmiş məhdudiyyətlər istehsal-emal-istehlak zəncirində qırılmalara səbəb olub. Bununla belə, iqtisadiyyatda müşahidə olunan durğunluğa baxmayaraq, milli iqtisadiyyatı tənəzzülə apara biləcək vəziyyət yaranmayıb. Bunun əsas səbəbi son illər ölkədə aparılan ardıcıl islahatlar, biznes mühitinin yaxşılaşdırılması və iqtisadiyyatın şəffaflaşdırılması tədbirləridir. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü və tapşırıqları əsasında hökumət milli iqtisadiyyata zərərləri minimallaşdırmağa çalışır.

Nazir diqqətə çatdırıb ki, iqtisadiyyata geniş dəstək paketini əhatə edən proqramlar təxirəsalınmaz maliyyə dəstəyinin həyata keçirilməsini, ortamüddətli dövr üçün biznesin fəaliyyəti ilə bağlı requlyativ yumşaldılmaları, biznes və investisiya mühitinin cəlbediciliyinin daha da artırılmasını nəzərdə tutur. O, 129 mindən çox sahibkara maliyyə dəstəyi göstərildiyini, bu proqramların işçi heyəti ilə birlikdə 310 mindən artıq vətəndaşı əhatə etdiyini bildirib. Aktiv vergiödəyicilərinin əksəriyyəti dövlətdən dəstək alıb və indiyədək 155 milyon manatdan çox maliyyə vəsaiti sahibkarların bank hesablarına köçürülüb.

Biznesə vergi güzəştləri paketi barədə məlumat verən İqtisadiyyat naziri qeyd edib ki, qəbul edilmiş vergi və sosial güzəştlər paketinin ümumi maliyyə dəyəri 130 milyon manatdır. Güzəştlər pandemiyanın təsirinə məruz qalan mikro, kiçik və orta sahibkarlıq subyektlərini, bəzi dəyişikliklər isə bütövlükdə hər bir vergiödəyicisini əhatə edir. Bu güzəştlər paketi, ortamüddətli dövr üçün sahibkarların vergi və sosial yükün azaldılmasına səbəb olacaq, onlara öz gəlirlərini bərpa etməyə və biznesini inkişaf etdirməyə, bütünlükdə özəl sektorun genişlənməsinə zəmin yaradacaq.

M.Cabbarov sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, pandemiyadan zərərçəkən sahələrə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə sahibkarlığın maliyyələşdirmə alətlərinin genişləndirildiyini diqqətə çatdırıb. Belə ki, sahibkarlar üçün dövlət zəmanəti olmayan 1 milyard manat həcmində mövcud kredit portfelinə dəstək, eləcə də 500 milyon manat həcmində yeni kreditlərin 60 faizinə dövlət zəmanəti verilməsini və faizlərin subsidiyalaşdırılmasını ehtiva edən 2 yeni mühüm proqramın həyata keçirilməsinə başlanılır.

"Yeni mexanizmlər biznes krediti vəsaitinin alınması prosedurlarının asanlaşdırılması və inzibatçılığın sadələşdirilməsini də nəzərdə tutur. Dövlət zəmanətli kreditləşdirmənin vasitəçisi kimi İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu çıxış edir. Sahibkarların dövlət zəmanətli krediti asan əldə etməsi üçün Elektron Kredit Platforması yaradılıb (www.e-edf.gov.az). Belə ki, biznes krediti almaq istəyən sahibkar onlayn rejimdə bu platforma üzərindən müraciət edəcək. Bildirilib ki, müvəkkil kredit təşkilatlarının iştirakı ilə elektron platforma üzərindən dövlət dəstəyinin həyata keçirilməsi mexanizmi MDB-də ilk dəfə Azərbaycanda tətbiq olunur. Elektron Kredit Platforması sahibkara şəffaf, çevik, məmur mudaxiləsindən kənar, sağlam rəqabət mühitində kredit almaq imkanı yaradır. Eyni zamanda, kredit üçün müraciət sistemi sahibkar tərəfindən izlənə bilən rəqəmsal həllə söykənir. Elektron Kredit Platforması artıq sahibkarların istifadəsinə verilib”, - deyə o qeyd edib.

Ortamüddətli dövrdə inkişaf trendlərinə toxunan M.Cabbarov qlobal risklərin mövcudluğu şəraitində iqtisadiyyatın artım sürətini saxlamaq üçün yeni yolların tapılmasının vacibliyini bildirib, şaxələndirilmiş qeyri-neft sektorunun formalaşdırılmasının, ixracyönümlü iqtisadi artım modelinin uzunmüddətli dövrdə inkişafın əsas strateji xətti olacağını diqqətə çatdırıb. Bildirib ki, qeyri-neft sektorunun inkişafı, xarici faktorlardan asılı olmayan daxili istehsal zəncirinin tamamlanması ilə bağlı yeni yanaşmalar tətbiq ediləcək.

İqtisadi inkişaf tempini yenidən bərpa etmək üçün qeyri-neft sektoru sahələrinə, xüsusilə emal sənayesinə birbaşa xarici investisiyaların cəlb edilməsinin əhəmiyyətini vurğulayan nazir sənaye zonalarının və aqroparkların inkişafına diqqət yetiriləcəyini qeyd edib. Bildirilib ki, hazırda sənaye zonalarında 150-200 milyon dollarlıq yeni layihələrin həyata keçirilməsi imkanlarına baxılır. Layihələr üzrə danışıqlar yekunlaşmaq üzrədir və artıq bir sıra layihələr bu il Sumqayıt Kimya Sənaye Parkında fəaliyyətə başlaya bilər.

M.Cabbarov, həmçinin yeni investisiya və özəlləşdirmə strategiyasının tətbiq olunması, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılmasının, səmərə gətirməyən sahələrə özəl sektorun cəlb edilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, bununla yanaşı, biznesə dəstək alətləri artacaq, iqtisadi idarəetmənin keyfiyyəti və səmərəliliyi yüksəldiləcək.

Vurğulanıb ki, hazırda bir çox transmilli şirkətlər fəaliyyətlərinin şaxələndirilməsi çərçivəsində bizneslərini vahid məkanlardan çıxardaraq müxtəlif ölkələrdə yerləşdirilməsini həyata keçirirlər. Bu, Azərbaycan kimi ölkələr üçün əlverişli imkandır və ölkəmiz yaranmış bu fürsətlərdən yararlanmaq niyyətindədir. Mövcud olan siyasi-iqtisadi və makroiqtisadi sabitlik, inkişaf etmiş nəqliyyat dəhlizləri nöqteyi-nəzərdən Azərbaycan cəlbedici məkan olaraq görünür və regionda mövcud olan rəqabətə baxmayaraq, ölkəmiz belə sərmayələri cəlb etməyə çalışacaq.

Nazir ölkəmizin tranzit potensialının daha dolğun reallaşmasına yönələn layihələrin həyata keçiriləcəyini, bu məqsədlə infrastrukturun genişləndirilməsinə sərmayələrin artacağını qeyd edib. Diqqətə çatdırılıb ki, bununla yanaşı, xarici investisiya fondlarının Azərbaycana marağı müşahidə olunur. Hazırda bu istiqamətdə xarici kapital mənbələri hesabına fəaliyyət göstərən fondların təsis edilməsi istiqamətində danışıqlar aparılır. Yeni iqtisadi şərait bir sıra fəaliyyət sahələrinin əhəmiyyətini önə çəkir. Bu, xüsusilə rəqəmsallaşmanın, innovasiya ekosisteminin inkişaf etdirilməsidir.

Azərbaycanın 4-cü Sənaye İnqilabının çağırışlarını qəbul etdiyini bildirən M.Cabbarov ölkəmizin texnoloji sıçrayış və innovativ həllərlə regionun rəqəmsal mərkəzinə çevrilməsi imkanlarının böyük olduğunu, bu sahədə regional mərkəzin təşkil edilməsini və rəqəmsal iqtisadiyyatın inkişafına nail olmağı hədəflədiyini deyib.

"Hazırkı şəraitə gəlincə isə, istər cəmiyyət, istər sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdır. Pandemiyanın nə zaman bitəcəyi məlum deyil, ona görə də sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu, onların biznesləri üçün daha vacibdir. Unutmamalıyıq ki, biz hamımız bir məkandayıq və davranışlarımız, xüsusilə sahibkarların qaydalara riayət etməsi iqtisadi fəallığa təsir edir. Birgə səylərlə biznes tədricən iqtisadi itkiləri bərpa edəcək, - deyə nazir bildirib.

M.Cabbarov "kölgə iqtisadiyyatı”nın azaldılması istiqamətində strateji xəttin davam etdiriləcəyini diqqətə çatdırıb və bu sahədə indiyədək həyata keçirilən təşviqedici alətlərin müsbət nəticələrini vurğulayıb. Əmək müqavilələrinin bağlanması üçün aparılmış islahatlar nəticəsində son 18 ayda 210 mindən çox yeni əmək müqaviləsinin bağlandığını bildirən nazir bunun iş yerlərinin leqallaşmasında önəmini vurğulayıb. Ticarət və xidmət müəssisələrində ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı tətbiq olunan onlayn platforma isə iqtisadi dövriyyənin şəffaflaşmasına, bu prosesə ictimai nəzarətin təmin edilməsinə imkan yaradıb. Belə təşviqedici onlayn platformaların gələcəkdə daha geniş tətbiq olunacağı qeyd edilib.

Sonra tədbirdə Elektron Kredit Platformasının təqdimatı keçirilib. Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin vəzifəsini icra edən Samir Hümbətov onlayn müraciət platforması, kredit alınması üçün müraciət edilməsi qaydaları, kredit şərtləri və s. barədə məlumat verib, həyata keçirilən 2 kredit proqramının şərtlərini şərh edib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM