Alternative content

04:52 13 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:29 12.07.2020 Dünya yenidən qapanır
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Taxıl sahələrinin 65,9 faizində biçin başa çatıb - operativ məlumat
Taxıl sahələrinin 65,9 faizində biçin başa çatıb - operativ məlumat
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:07 30.06.2020

Azərbaycanda taxıl zəmilərinin 65,9 faizində biçin başa çatıb. İyunun 30-na olan operativ məlumata görə, 666 min 899 hektar biçilmiş sahədən 2 milyon 112 min 881 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,7 sent/ha təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, arpa sahələrinin biçini yekunlaşmaq üzrədir. Ölkə üzrə 370 min hektara yaxın payızlıq arpa əkini aparılıb, bu günədək 317 min 32 hektar sahədə biçin başa çatıb. Hazırda dağətəyi rayonlarda arpa biçini gedir. Sahələrdən ümumilikdə 961 min 383 ton arpa yığılıb. Arpa üzrə orta məhsuldarlıq 30,3 sentner təşkil edir. Yaxın zamanlarda dağətəyi rayonlarda arpa biçininin tam yekunlaşacağı gözlənilir.

Buğda sahələrində də biçin prosesi sürətlə davam edir. Ölkə üzrə 641 min hektar buğda sahəsinin 349 min 867 hektarında biçin yekunlaşıb. Sahələrdən bugünədək 1 milyon 151 min 498 ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq hazırda 32,9 sentner təşkil edir.

Bu günə olan operativ məlumata görə, biçin prosesində 1540 kombayn iştirak edir. Bunlardan 526-sı "Aqrolizinq” ASC-nin biçin aparılan bölgələrdəki rayon bölmələrinin balansında olan kombaynlardır. "Aqrolizinq” tərəfindən biçin başa çatmış Aran bölgələrindən və biçin aparılmayan dağlıq bölgələrdən aktiv biçin zonasına əlavə 185 kombayn dislokasiya olunub. Biçində, həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 829 kombayn iştirak edir.

Qeyd edək ki, bu il Azərbaycanda 1 milyon 10 min 218 hektar sahədə payızlıq taxıl əkilib.

Biçin davam edir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM