Alternative content

22:01 15 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlk yerli kombayn test edildi
İlk yerli kombayn test edildi
ANA SƏHİFƏ / İQTİSADİYYAT
14:58 30.06.2020

Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) taxıl biçini dövründə fermer və sahibkarların kombayna yaranan tələbatını ödəmək məqsədi ilə yeni bir layihəyə start verib. Belə ki, Gəncə Avtomobil Zavodunda yeni kombaynların yığılması həyata keçirilir. Ötən gün ilk belə kombaynlardan biri Oğuz rayonunda test sınaqlarından keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Oğuzun Sincan kəndindəki taxıl sahələrindən birində test edilən kombaynı müşahidə edənlər sırasında "Aqrolizinq” ASC-nin idarə heyətinin sədri Elmin Rəhmanov da olub. Sədr bununla bağlı deyib: "Xoş təsadüf ondan ibarətdir ki, artıq bu ildən etibarən ölkəmizdə yerli "Sampo” markalı kombayn istehsalına başlanılıb. Səhmdar cəmiyyətimiz həmin kombaynların müvafiq alqı-satqı müqaviləsi ilə satınalınmasını həyata keçirib. Hazırda işləyən kombayn məhz yerli, tam müasir kombayndır ki, biz ilk dəfə Oğuz rayonunda onun sınağını həyata keçiririk”.

Elmin Rəhmanov yaxın illərdə fermer və sahibkarların bu texnikaya olan tələbatını ödəmək məqsədi ilə Gəncədə kombaynların yığılmasının sürətləndiriləcəyini diqqətə çatdırıb. Bu kombaynların yığılması xaricdən alınan texnikalardan həm keyfiyyətinə, həm də qiymətinə görə fərqlənir.

Yerli kombaynın gətirilməsinə sevinənlərdən biri də fermer Mehralı Səfərəliyevdir. Çünki ilk olaraq onun sahəsində biçin aparılırdı. Ömrümün 30 ilini əkinçiliyə həsr edən fermer bildirdi ki, bu günləri çox sevindirici hal yaşayır: "On ilə yaxın idi köhnə bir kombaynla çalışırdım. Kombayn bir gün işləyir, beş gün sınırdı. Bu zaman həm məhsul keyfiyyətdən düşür, həm də çox itkiyə gedirdi. Bu gün isə yeni kombayn cəmi bir neçə saatda zəmilərdən birinin biçinini uğurla başa çatdırdı”.

Oğuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirildi ki, bu il sahələrə 80-ə yaxın kombayn cəlb edilib. Yerli istehsal olan kombaynın gətirilməsi isə Sincan kənd fermerlərinin əvvəlki illərdən fərqli olaraq biçini vaxtında və itkisiz başa çatdırmasına böyük töhfə vermiş olacaq.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM