Alternative content

20:09 02 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Neft Fondunun Müşahidə Şurası fondun 2019-cu ildə fəaliyyətinə dair qərarlar qəbul edib
Neft Fondunun Müşahidə Şurası fondun 2019-cu ildə fəaliyyətinə dair qərarlar qəbul edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:47 30.06.2020

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası ARDNF-in 2019-cu ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun ("PraysvoterhausKupers Audit Azərbaycan” MMC) rəyini nəzərə almaqla, fondun ötəilki fəaliyyəti barədə illik hesabatını məqbul hesab edib.

Fonddan AZƏRTAC-a bildirilib ki, eyni zamanda, Müşahidə Şurası müstəqil auditorun və ARDNF-in 2019-cu il büdcəsinin icrası barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəylərinə əsasən, habelə Neft Fondunun 2019-cu il büdcə gəlirlərinin 19 milyard 30,6 milyon manat və yaxud 123,2 faiz səviyyəsində, büdcə xərclərinin isə 11 milyard 588,6 milyon manat və ya 99,9 faiz səviyyəsində icra edildiyini nəzərə alaraq, fondun 2019-cu il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edib.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 dekabr tarixli Sərəncamı ilə ARDNF-in Müşahidə Şurasının 7 nəfərdən ibarət yeni tərkibi təsdiq edilib. ARDNF-in Müşahidə Şurasına Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov sədrlik edir. Müşahidə Şurasının üzvlərinin sırasına - Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankının sədri Elman Rüstəmov daxildir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM