Alternative content

08:42 05 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:32 05.12.2020 Əbədiyyət məqamı
00:30 05.12.2020 İlham Əliyevin zəfəri
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyevin təşəbbüsü ilə bu dəfə BMT Baş Assambleyası toplanacaq
İlham Əliyevin təşəbbüsü ilə bu dəfə BMT Baş Assambleyası toplanacaq
ANA SƏHİFƏ / SİYASƏT
00:49 30.06.2020


Prezident İlham Əliyevin bu il mayın 4-də keçirilən Qoşulmama Hərəkatının "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü zamanı BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsü reallığa çevrilir. Belə ki, artıq 130-a qədər ölkə İlham Əliyevin təşəbbüsünə dəstək verdikləri barədə BMT Baş katibinin ofisini məlumatlandırıblar.


Azərbaycan qlobal əməkdaşlığa layiqli töhfələr verir


Koronavirus infeksiyası bütün bəşəriyyəti təhdid etməkdə davam edir. Son statistikaya əsasən, artıq dünyada 10 milyondan artıq insan COVID-19-a yoluxub. Virusdan ölənlərin sayı isə 500 mini ötüb. Yaxın dövrlər üçün üfüqdə ümidverici heç nə görünmür. Ən inkişaf etmiş ölkələr belə bu təhlükənin qarşısında aciz durumda qalıb.

Bu qlobal problem bir sıra şərtləri diktə edir ki, onlardan biri də virusla mübarizədə beynəlxalq həmrəylikdir. Təsadüfi deyil ki, həyata keçirdiyi mübarizə tədbirlərinə görə beynəlxalq səviyyədə təqdir olunan Azərbaycan dövləti koronavirusun qarşısının alınmasında yalnız yerli nümunələr yaratmaqla kifayətlənmir. Məsələ ondadır ki, Prezident İlham Əliyev virusun qlobal problemə çevrilməsini nəzərə alaraq onunla mübarizədə beynəlxalq əməkdaşlığı zəruri hesab edir. Məhz İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsində də əsas məqsəd koronavirusun yayılmasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsindən ibarət olub.

Türk Şurasının fövqəladə Zirvə görüşü pandemiya ilə mübarizəyə həsr olunmuş ilk beynəlxalq tədbir idi. Bu tədbir məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdı. Təsadüfi deyil ki, məhz bundan sonra qlobal problemin mənfi təsirlərini azaltmaq üçün dövlətlərin birgə səy göstərmələri bütün dünyada aktuallaşmağa başladı. Mayın 4-də isə İlham Əliyevin təşəbbüsü ilə ikinci beynəlxalq tədbir - Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi.


İlham ƏLİYEV: "Pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır”


40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, o cümlədən BMT Baş Assambleyasının prezidentinin, Afrika İttifaqının sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Zirvə toplantısı, ilk növbədə, Azərbaycana və Prezident İlham Əliyevə olan inamın, etibarın və etimadın göstəricisi kimi tarixə düşdü. O cümlədən Zirvə görüşünə BMT-nin Baş katibi Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciət ünvanlaması, habelə Zirvə görüşünü təşkil etdiyinə və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, ünvanına çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun növbəti əyani göstəricisi oldu.

Bu tədbiri keçirməklə Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsinə və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir. Eyni zamanda Zirvə görüşü göstərdi ki, ölkəmiz koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verir. Ən əsası isə Zirvə görüşü koronavirusla qlobal mübarizənin daha da güclənməsinə təkan verəcək. Prezident İlham Əliyev Zirvə görüşündə yekun nitqində bu barədə deyib: "Qoşulmama Hərəkatına üzv ölkələrin bir-birinin problemlərini anlayışla qarşılaması, həmrəylik nümayiş etdirməsi və çoxtərəfli əməkdaşlığa üstünlük verməsi böyük əhəmiyyət kəsb edir. Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır. Əminəm ki, bu gün dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən edilən çıxışlarda səslənən dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizə töhfə verəcəkdir”.

Onu da qeyd edək ki, Azərbaycanın COVID-19-a qarşı mübarizədə göstərdiyi qlobal həmrəylik nümunəsi yalnız beynəlxalq tədbirlərin keçirilməsi ilə yekunlaşmadı. Belə ki, respublikamız Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə könüllü ianə ayırmaqla, 30-dan artıq dövlətə humanitar yardım etməklə beynəlxalq həmrəyliyə əməli töhfələr verdi.


Yüksək beynəlxalq nüfuzun növbəti təsdiqi


BMT Baş Assambleyası nizamnaməsinə əsasən ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Belə sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılır. BMT yaranandan indiyə qədər Baş Assambleyanın qlobal problemlərlə bağlı məhdud sayda xüsusi sessiyaları çağırılıb.

COVID-19-un qlobal problem olduğunu nəzərə alaraq Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etmişdi.

Zirvə görüşündən sonra Azərbaycan Prezidentinin bu təklifi Qoşulmama Hərəkatının üzv ölkələri arasında razılaşdırılıb. Bundan sonra Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev üzv ölkələr adından BMT Baş Assambleyasının təklifi ilə BMT Baş katibi Antonio Quterreşə müraciət edib.

Öz növbəsində BMT Baş katibi mayın 28-də BMT Baş Assambleyasının "Prosedur Qaydaları”na əsasən üzv ölkələrə müraciət edərək 30 gün müddətində təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Qaydalara əsasən, BMT üzvü olan ölkələrin çox hissəsi təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Müddətin bitməsinə artıq 130-dan çox ölkə Azərbaycan Prezidentinin təşəbbüsünə dəstək verdiklərini bildiriblər.

Təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan olmuşdur. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.

BMT-nin 130-dan çox üxv üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi dövlət başçısının yüksək beynəlxalq nüfuzunun növbəti təcəssümüdür. Bu təşəbbüsün dəstəklənməsi həm də onu göstərir ki, İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi qlobal səviyyədə özünün liderlik missiyasını qətiyyətlə və müvəffəqiyyətlə həyata keçirir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


ARXİV


TƏQVİM