Alternative content

21:41 15 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət növbəti dəfə vətəndaşının yanında olduğunu sübut etdi
Dövlət növbəti dəfə vətəndaşının yanında olduğunu sübut etdi
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:47 30.06.2020


Deyəsən, bu virus çox su aparan xəmir kimi, dövlətlər və xalqlar üçün hələ xeyli problem yaşadacaq. İlin əvvəlindən bəri sürətlə bütün qitələri çənginə alan COVID-19 ötən ay nisbətən səngisə də, artıq bir neçə gündür yenidən "qızışıb”. Azərbaycan daxil bütün ölkələri sərt karantin tədbirlərini tədricən də olsa yumşaltmaqlarına peşman edən koronavirus sanki acığa düşübmüş kimi əlini dünyanın ətəyindən çəkmək istəmir.

İş o yerə çatıb ki, virusa qarşı mübarizə aparanlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri koronanın yenidən qayıtmasına bilmirlər nə ad qoysunlar - yeni dalğamı, yoxsa köhnə dalğanın yeni mərhələsimi?! Bütün hallarda adına nə qoyulur qoyulsun, bu günəşli günümüzü zülmətə çevirən pandemiyanın sərt qaydaları sağlamlığımız sarıdan bizi təkcə psixoz hala salmayıb, həm də iş-gücümüzdən edib. İndiki zamanda isə iş-gücdən olmaq təkcə ciddi iqtisadi yox, həm də kövrək sosial problemdir. Əks halda imkanlı dövlətlər bu mürəkkəb zamanda əhalinin sosial güvənliyinin təmin olunmasını koronavirusla mübarizənin vacib tərkib hissəsi kimi önə çəkməzdilər. Və çox fərəhli haldır ki, Azərbaycan da pandemiyanın elan edildiyi ilk gündən həmin imkanlı dövlətlər sırasındadır.

Məhz həmin vaxt Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq, ölkəmizdə pandemiya ilə bağlı 4,8 milyon vətəndaşı əhatə edən məşğulluğa və sosial rifaha dəstək tədbirləri həyata keçirildi. Bu tədbirlər çərçivəsində işçilərdən və xüsusi karantin rejiminə görə işini itirən, qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara aprel-may aylarında aylıq 190 manat birdəfəlik ödəniş proqramı icra olundu. Həmçinin işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə, ünvanlı dövlət sosial yardımının verilmə müddəti bitənlərə, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə, əlillik müddəti başa çatmış əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara müvafiq ödənişlərin verilməsi müddətinin uzadılması təmin edildi.

İndi budur, hökumət pandemiya dövründə vətəndaşlarına sosial dəstəyinin davamı olaraq iyunun 23-də növbəti qərar qəbul etmişdir. Yeni qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəniş olunacaq. Ödəmə həmin şəxslərin bank kartlarına köçürülmə yolu ilə həyata keçiriləcək.

Nazirlər Kabinetinin digər qərarında isə ünvanlı sosial yardımın müddəti bitmiş aztəminatlı ailələrə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin davam etdirilməsi nəzərdə tutulur.

Məlum olduğu kimi, koronavirusla mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi proseduru da sadələşdirilmişdir.

Baş Nazirin bununla əlaqədar imzaladığı yeni qərara əsasən, ölkədə martın 1-dən etibarən xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyinolunma müddəti bitmiş aztəminatlı ailələrə həmin yardımın verilməsi iyulun 1-dək uzadılmışdır. Eyni zamanda aprelin 1-dən etibarən işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi 2 ay, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün ödənişinin də gələn ayın əvvəlinəcən uzadılması haqqında qərar qəbul olunmuşdur.

Bu sırada qəbul edilən növbəti qərar isə əlilliyi olan şəxslər haqqındadır. Hökumətin yaydığı məlumatda bildirilir ki, Nazirlər Kabinetinin "Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə” 2020-ci il 7 aprel tarixli qərarına dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən, qərarın 1-ci hissəsində "xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək” sözləri, "xüsusi karantin rejimi ilə əlaqədar olaraq, 2020-ci il 1 iyul tarixinədək, xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiq olunan rayonlarda (şəhərlərdə) isə sərtləşmə müddətinin başa çatdığı tarixdən” sözləri ilə əvəzlənmişdir.

Amma bunlar da pandemiya dövründə Azərbaycan dövlətinin sosial sahədə atdığı son addımların hamısı deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir ki, adıçəkilən nazirlikdə fəaliyyət göstərən komissiya daha 100 şəhidin 142 vərəsəsinə birdəfəlik 11 min manat ödəmənin verilməsi haqqında qərar qəbul etmişdir. Yaxın günlərdə həmin vəsaitlərin vərəsələrin bank hesabına köçürülməsi gözlənilir. Söz düşmüşkən qeyd edək ki, ümumilikdə 12 min 281 şəhid vərəsəsinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunmuş və indiyədək 12 mindən çox şəhidin 18 min vərəsəsinə birdəfəlik ödəmə verilmişdir. Bu isə sözügedən vacib sosial proqramın 98 faiz icrası deməkdir.

Ümumiyyətlə, İlham Əliyevin inkişaf strategiyasının mühüm uğurlarından biri kimi ölkəmizdə sosial təminat sistemi ardıcıl olaraq güclənir və əhatə dairəsi genişlənir. Dövlət başçısının əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn vacib qərarları bir tərəfdən sosial təminat növləri üzrə ödənişlərin məbləğinin davamlı artımına xidmət edir, digər tərəfdən sosial təminat növləri ilə əhatə olunan əhali qruplarının, başqa sözlə, sosial təminatın əhatə dairəsinin genişlənməsinə imkan verir. Bu isə ölkədə sosial sahənin prioritetliyi prinsipinə əsaslanan dövlət modelinin təzahürü deməkdir. Elə pandemiyanın hökm sürdüyü indiki mürəkkəb şəraitdə dövlətə sosial hədəflərinə çatmağa şərait yaradan da məhz bu modeldir.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM