Alternative content

20:57 15 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya əhalisinin çoxu koronavirus təhlükəsini şişirdilmiş hesab etmir
Dünya əhalisinin çoxu koronavirus təhlükəsini şişirdilmiş hesab etmir
ANA SƏHİFƏ / DÜNYA
21:24 29.06.2020

Planetimizin əhalisinin əksəriyyəti bu fikirdədir ki, koronavirus təhlükəsi şişirdilməyib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, "Romir” holdinq və Gallup International tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, aprel ayı ilə müqayisədə koronavirus təhlükəsini şişirdilmiş sayan insanların sayı 33 faizdən 41 faizə yüksəlib. Buna baxmayaraq, təhlükəni şişirdilmiş sayanların sayı mart ayında qeydə alınan göstəricidən (49 faiz) az olub. Respondentlərin əksəriyyəti (54 faiz) əvvəlki kimi təhlükənin ciddiliyinə inanır.

Koronavirus təhlükəsinin şişirdildiyinə ən çox Bosniya və Herseqovinada (66 faiz), Qazaxıstanda (61 faiz), Moldovada və Bolqarıstanda (hər birində 58 faiz), ən az isə Böyük Britaniyada və Cənubi Koreyada (hər birində 15 faiz), həmçinin Yaponiyada (18 faiz) inanırlar.

Sorğunun nəticələri insanların 67 faizinin özlərinin və yaxınlarının sağlamlığından ciddi narahat olduğunu göstərib.

Yoluxmadan ən çox Cənubi Koreyada (86 faiz), Filippində (84 faiz) və Honkonqda (80 faiz), ən az isə Avstriyada (42 faiz), Qazaxıstanda (46 faiz) və Bolqarıstanda (51 faiz) qorxurlar.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM