29 Iyun 2020 16:57
314
SİYASƏT
A- A+

Adil Əliyev: Bu günlərdə hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir


Koronavirusun ölkəmizdə yayılmağa başladığı ilk gündən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən vaxtında və zəruri tədbirlərin həyata keçirildiyi pandemiyaya qarşı mübarizədə görülən işlərin lazımi səviyyədə idarə olunmasını təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Pandemiyanın təsirini azaltmaq və zərərçəkmiş sahələrdə inkişafı təmin etmək üçün iqtisadi-sosial paketlər hazırlandı. İşlərin uğurla həyata keçirilməsi üçün dövlət büdcəsindən lazımi vəsait ayrıldı. Cənubi Qafqazda ilk dəfə olan tibbi maska və digər tibbi ləvazimatlar istehsal edən müəssisələr, bu bəlaya qarşı mübarizə məqsədilə modul və stasionar tibb müəssisələr açıldı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis Sədrinin müavini Adil Əliyev KİV-ə açıqlamasında bildirib.

Adil Əliyev deyib: "Təbii ki, görülən işlər bütün dünyada tüğyan edən pandemiyanın ölkəmiz üçün yarada biləcəyi fəsadları minimuma endirməyə hesablanır. Həmin vaxt Birinci-vitse prezident Mehriban xanım Əliyeva növbəti xeyirxahlıq təşəbbüsü ilə çıxış etdi və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu aztəminatlı ailələrə yardımlar göstərməyə başladı. Xeyirxahlıq, vətəndaşların bir-birinə dəstək olması bizim əsas mental xüsusiyyətlərimizdən biri olmaqla yanaşı, vətəndaş cəmiyyəti institutunun prioritet istiqamətlərindəndir. Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən nəcib təşəbbüsə cəmiyyətin hər bir fərdi könüllü olaraq qoşuldu.

Görülən xeyirxah işlərin məntiqi davamı olaraq, deputat seçildiyim 20 saylı Nərimanov ikinci seçki dairəsində yerləşən ofisimdə (Nərimanov rayonu, Atatürk prospekti 33C, telefon: (012) 563-10-89; 561-73-65; (055) 766-21-35) bu sahədə işləri həyata keçirmək məqsədilə Dəstək və Əlaqələndirmə Mərkəzi yaratdıq. Bildiyiniz kimi, hazırda Bakı şəhəri də daxil olmaqla digər iri şəhər və rayonlarımızda karantin rejimi tətbiq olunmaqdadır. Sözügedən karantin rejimi vətəndaşların evdən çıxmaqlarına müəyyən məhdudiyyətlərin tətbiq edilməsini özündə ehtiva edir. Sözsüz ki, qeyd olunan bütün bu növdən olan tədbirlər xəstəliyin qarşısını almaq məqsədilə həyata keçirilir.

Təbii ki, karantin dövrü xüsusilə yaşlılara ehtiyaclarının əldə edilməsində müəyyən çətinliklər yaradır. Bu səbəbdən də mərkəzin əsas funksiyası onlara və aztəminatlı ailələrə ərzaq yardımlarının, ilkin tibbi ləvazimatların verilməsidir. Mərkəz tərəfindən müraciətlər əsasında aztəminatlı ailələrə yardımlar göstərilir, onların məişət qayğılarının və çətinliklərinin həll edilməsi istiqamətində zəruri tədbirlər görülür.

Eyni zamanda, tibbi, kommunal, iaşə və s. çətinliklərlə üzləşən şəxslər mərkəzə müraciət edir, habelə vətəndaşların aidiyyəti qurumlarla əlaqələndirməsinin həyata keçirilməsi təmin edilir. Mərkəz fəaliyyətə başladığı vaxtdan bu müddət ərzində bir sıra şəxslərin müraciətləri (xüsusilə də alimentin ödənilməməsi, işdən əsassız olaraq çıxarılma) daxil olub, həmin şəxslərə qanunvericiliyin mövcud tələbləri izah edilməklə yanaşı, aidiyyəti qurumlara və məhkəmələrə müraciət etmələri tövsiyə edilib.

Həmçinin, 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar mövcud pandemiya vəziyyəti səbəbindən övladları hərbi xidmətdə olan valideynlər onları ziyarət etmək imkanları olmadığı üçün övladları ilə əlaqə saxlamaq məqsədilə mərkəzə müraciət ediblər. Mərkəz tərəfindən həyata keçirilən "Əsgərimə salam de” layihəsi çərçivəsində onların mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə övladları ilə əlaqə saxlamaları təmin edilib. Tezliklə övladlarına qovuşmaqları üçün tibbi-gigiyena qaydalarına riayət edilməsi tövsiyə edilib.

Bir daha bildiririk ki, ölkə başçısının müxtəlif çıxışlarında dediyi kimi, "Biz birlikdə güclüyük!”, bu səbəbdən də hər birimiz "gözəgörünməz düşmən”ə qarşı mübarizədə öz məsuliyyətimizi dərk etməli, ehtiyac olmadan evdən çıxmamalı, sosial izolyasiyanı həyata keçirməli, zərurət yaranarsa evdən çıxarkən mütləq tibbi maskadan istifadə etməklə ara məsafəsini qorumalıyıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video