Alternative content

19:52 02 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV DSX: 22 kiloqrama yaxın narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
DSX: 22 kiloqrama yaxın narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:37 29.06.2020

Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, son günlər ərzində üç halda 21,7 kiloqram narkotik vasitəyə, psixotrop və güclü təsiredici maddəyə oxşar vasitə, preparat və həbin İran İslan Respublikasından Azərbaycan Respublikası ərazisinə gətirilməsinin qarşısı alınıb.

Xidmətin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikası vətəndaşı 1988-ci il təvəllüdlü Sədri Kazım Həmid Azərbaycan Respublikasının dövlət sərhədini İrandan qanunsuz olaraq Azərbaycan Respublikası istiqamətində keçərkən sərhəd pozucusu qismində saxlanılıb. Onun saxlanıldığı yerə baxış keçirilərkən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyi bağlamada külli miqdarda narkotik vasitə - 4 kiloqram 52 qram heroin, 1 kiloqram 815 qram qurudulmuş marixuana, 505 qram tiryək, psixotrop maddə - 4,9 qram metadon, 1103 qram metamfetamin, güclü təsiredici maddə - 8,9 qram "Tramadol”, 37,4 qram "Preqabalin”, 0,4 qram "Klobazam” aşkarlanaraq götürülüb.

Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb və İran vətəndaşı Sədri Kazım Həmid barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayətkar qrupun digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir neçə gündən sonra həmin sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində iki nəfər tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Həmin şəxslər sərhəd naryadının sayıqlığı nəticəsində qaçaqmal predmetini hadisə yerində ataraq İran istiqamətinə geri qaçıb. Hadisə yerinə baxış keçirilərkən ərazidə heroinə (4 kiloqram 520 qram), qurudulmuş marixuanaya (495 qram) və metamfetaminə (2 kiloqram 60 qram) oxşar maddələr aşkarlanaraq götürülüb.

Növbəti dəfə eyni sərhəd zastavasının xidməti sahəsində heroinə oxşar 6 kiloqram 320 qram, qurudulmuş marixuanaya oxşar 540 qram, həşişə oxşar 210 qram müxtəlif maddələr və 51 flakonda güclü təsir edən vasitə "Mydrax-Tropikamide”yə oxşar maddə olunub.

Son iki fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM