29 Iyun 2020 14:32
584
İQTİSADİYYAT
A- A+

“Azərbaycan” İES ekoloji cəhətdən sağlamlaşdırılıb, milyonlarla manatın qənaətinə nail olunub

"Azərbaycan” İstilik Elektrik Stansiyası (İES) yenidən qurulandan sonra ekoloji cəhətdən çirkab sularının təmizlənməsi sistemi yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Azərenerji” ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov deyib. V.Şahmuradovun sözlərinə görə, əvvəllər mazut qarışmış sularının təmizlənməsində ciddi çətinliklər olurdu və bu da ekoloji cəhətdən problemlər yaradırdı: "Bu problemləri aradan qaldırmaq, çirkab suların təmizlənməsi üçün böyük çökdürücülər qurulurdu. Bu gün isə mazut qarışan suların təmizlənməsi üçün ciddi sistem qurulub. Həmin sistem mazut və yağlı suları tam şəkildə təmizləyərək suyu kanala buraxmağa imkan yaradır”.

ASC-nin vitse-prezidenti yenidənqurma işləri çərçivəsində qazanlarda və turbinlərdə işçi kürəklərinin də dəyişdirildiyini diqqətə çatdırıb: "Qazanın hava qızdırıcıları, daxili boruları, eyni zamanda, boruların hava yolları dəyişdirilib. Bunun faydalılıq dərəcəsinə nəzər yetirsək, İES-in ümumi faydalılığını təxminən 10-12 qram şərti yanacaqla aşağı saldıq. 2018-ci ilə qədər bu stansiya blokları 340-350 qram yanacaqla işləyirdisə, biz bu göstəricələri 330 qramdan aşağı saldıq. Nəzərə alsaq ki, stansiyanın illik enerji istehsalı təxminən 8 milyard kilovat/saatdan çoxdur, bu isə milyonlarla vəsait deməkdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video