29 Iyun 2020 12:03
603
DÜNYA
A- A+

ÜST tərkibində fövqəladə əməliyyat qrupları yaradılmalıdır


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan beynəlxalq qurum kimi koronavirus pandemiyasına qarşı qlobal mübarizədə ön sırada dayanır. Tanınmış virusoloq Hendrik Ştreek ÜST tərkibində xüsusi fövqəladə əməliyyat qruplarının yaradılmasının vacib olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, mütəxəssis bu fikrini bəşəriyyətin gələcəkdə yeni pandemiyalara daha yaxşı hazırlıqlı ola bilməsi ilə əlaqələndirib. O qeyd edib ki, yeni növ koronavirus kimi viruslara milli səviyyədə mübarizə yetərli sayıla bilməz, ona görə də ÜST tərkibində yaradılan peşəkar operativ qruplar gələcəkdə dünyanın müxtəlif regionlarında infeksiya ocaqlarında səmərəli fəaliyyəti təşkil edə bilərlər.

Virusoloq yoluxmanın ikinci dalğası ilə bağlı məsələyə də aydınlıq gətirərək bildirib ki, koronavirus pandemiyasında ikinci və ya üçüncü dalğa gözləməyə gərək qalmayacaq. Belə ki, yoluxmanın tempi "daimi dalğalar” formasında olacaq və müxtəlif ölkələrdə yoluxmanın səviyyəsi müxtəlif dövrlərdə səngiyəcək və ya artacaq. H.Ştreekin sözlərinə görə, virusa qarşı peyvənd və effektiv dərmanlar hazır olanadək dalğavari yoluxma halları baş verəcək.

Virusoloq beynəlxalq ictimaiyyəti gələcəkdə baş verəcək pandemiyalara da hazırlıqlı olmağa çalışıb. O nəzərə çatdırıb ki, koronavirus qədər sürətlə yayıla bilən və daha yüksək təsir gücünə malik pandemiyalar baş verə bilər. İndiyədək elmə məlum olan hansısa virus dəyişikliyə uğraya və aqressivləşə bilər, məsələn, bir əsr bundan əvvəl İspan qripi pandemiyasında olduğu kimi. Ona görə də hazırkı pandemiyaya qarşı mübarizə ilə paralel şəkildə başqa epidemiyaların sürətlə yayılmasına qarşı mexanizmlər hazırlanmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video