29 Iyun 2020 11:43
541
DÜNYA
A- A+

Nazir Aleks Azar: Biz pandemiya üzərində nəzarəti itirmək həddindəyik


ABŞ Səhiyyə və Sosial Xidmətlər naziri Aleks Azar bildirib ki, ABŞ pandemiya üzərində nəzarəti itirmək həddinə yaxınlaşır, çünki ölkədə infeksiyaların sayı 2,5 milyonu keçib və bəzi ştatlarda bu göstəricilər sürətlə artmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, CNN telekanalının efirində çıxış edən nazir xəbərdarlıq edib: "Əgər amerikalılar məsuliyyətsiz hərəkət etsələr, sosial məsafəni gözləməsələr, maskalardan istifadə etməsələr, müvafiq gigiyena normalarına əməl etməsələr, virus sürətlə yayılacaq”. O qeyd edib ki, bugünkü vəziyyət iki ay əvvəlki vəziyyətdən fərqlənir. Əgər təcili olaraq müvafiq tədbirlər görülməsə, sonra pandemiya üzərində nəzarəti bərpa etmək gec olacaq.

Cons Hopkins Universitetinin iyunun 28-i üçün olan məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa yoluxanların ümumi sayı 2.530.587 nəfərə çatıb, 125.630 ölüm halı qeydə alınıb. ABŞ bu göstəricilər üzrə dünyanın digər ölkələrini qabaqlayır.

Son həftələrdə Florida, Texas və Arizona ştatlarında təsdiqlənmiş yoluxma hallarının sayının kəskin artması qeydə alınıb. Yoluxmaların ümumi sayına görə, Texas Amerika ştatları arasında dördüncü yerə "yüksəlib” – şənbə günü 5747 yoluxma halı qeydə alınandan sonra bu ştat üzrə testləri müsbət nəticə vermiş insanların ümumi sayı 143.371-ə çatıb. Bu ştatda xəstəxanalara yerləşdirilmiş pasiyentlərin sayı da rekord həddə çatıb. Şənbə günü 5523 pasiyent xəstəxanalara yerləşdirilib. Floridada bazar günü 8577, şənbə günü isə rekord sayda – 9564 yeni yoluxma qeydə alınandan sonra xəstələrin ümumi sayı 141.075 nəfərə çatıb.

Hər iki ştatın administrasiyaları cümə günü barların və restoranların bağlanması barədə sərəncam veriblər. Florida ştatının Brovard və Mayami-Deyd dairələri iyulun 3-dən 5-dək çimərliklərin bağlanmasını elan ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video