29 Iyun 2020 10:11
476
DÜNYA
A- A+

Misirdə COVID-19-a yoluxan deputatların sayı 11 nəfərə çatıb


Misirdə daha iki parlament üzvü COVID-19-a yoluxub.

AZƏRTAC xəbər verir ki, deputat Əbdül Rəhim Əli Liviya böhranı ilə bağlı danışıqlarda iştirak etdiyi Parisdə yüksək temperaturla özəl xəstəxanaya çatdırılıb və yeni növ koronavirusa yoluxduğu aşkar edilib. Misir parlamentinin İsgəndəriyyədən olan deputatı Hiazam əl-Həririnin də COVID-19-a yoluxduğu bildirilir. Beləliklə, bu ölkənin qanunverici orqanının üzvləri arasında yeni növ koronavirusa yoluxanların sayı 11 nəfərə çatıb. Parlamentin sözçüsü Salah Həsaballah jurnalistlərə bildirib ki, onlardan 6 nəfəri karantin xəstəxanalarında müalicə olunur. Eyni zamanda, Misir Nümayəndələr Palatasının spikeri parlamentin iyulun 5-də keçiriləcək iclasının təxirə salınmayacağını bəyan edib.

Misirin Səhiyyə Nazirliyi iyunun 28-də ölkədə COVID-19 pandemiyası ilə bağlı son vəziyyəti açıqlayıb. Qeyd olunub ki, son sutka ərzində daha 81 pasiyent vəfat edib, həyatını itirənlərin ümumi sayı isə 2789 nəfərə çatıb. Bundan başqa, 1265 yeni yoluxma qeydə alınıb və yeni növ koronavirusa yoluxanların sayı 65 min nəfərdən çoxdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video