28 Iyun 2020 17:36
553
DÜNYA
A- A+

İranda karantin rejimi sərtləşdiriləcək


İranda tətbiq olunan karantin rejiminin yumşaldılmasından sonra koronavirusun geniş yayılması və ölənlərin sayının artması hökuməti təcili tədbirlər görməyə vadar edib.

AZƏRTAC xəbər verir ki, bu gün Prezident Həsən Ruhaninin rəhbərliyi ilə hökumət üzvlərinin toplantısı keçirilib. Prezident bəyan edib ki, İranın bir sıra bölgələrində karantin rejimi yenidən sərtləşdiriləcək və tibbi maskadan istifadə məcburi olacaq.

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bu gün keçirdiyi mətbuat konfransında vəziyyətin ağır olduğunu qeyd edib. O bildirib ki, son 24 saat ərzində 2448 nəfər virusa yoluxub, 144 nəfər isə həyatını itirib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 222 min 669-a, ölənlərin sayı isə 10 min 508-ə çatıb. Eyni zamanda, 183 min 301 nəfər xüsusi xəstəxanalarda müalicə alaraq sağalıb və evə buraxılıb.

Mətbuat katibi nəzərə çatdırıb ki, İranın Qərbi Azərbaycan, Xuzistan, Küdüstan, Kirmanşah və Hörmüzgan vilayətlərində vəziyyət ağır olaraq qalır. Virusa yoluxma və ölüm halları əsasən bu vilayətlərdə qeydə alınır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video