27 Iyun 2020 15:53
1497
Mədəniyyət
A- A+

Yazıçılar Birliyindən Kann film festivalına etiraz bəyanatı


Azərbaycan Yazıçılar Birliyi (AYB) Kann film festivalına və Fransanın Azərbaycandakı səfirliyinə bəyanat ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda erməni rejissorun Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda çəkdiyi filmin Kann festivalının proqramına salınmasına etiraz bildirilir.

Bəyanatda deyilir: "Biz hər zaman qeyd-şərtsiz söz azadlığı və yaradıcılıq sərbəstliyi uğrunda çıxış etmişik. Lakin biz inanırıq ki, hər hansı bir əsər millətlər arasında münaqişələrin dərinləşməsinə səbəb ola bilməz və olmamalıdır. Dərin təəssüf hissi ilə qeyd edirik ki, Nora Martirosyanın "Əgər külək əsərsə” (Si le vent tombe) filminin Kann festivalının proqramına daxil edilməsi xalqlar arasında mövcud olan dostluq münasibətlərinə zərbə vurur. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda çəkilmiş bu film münaqişə haqqında həqiqətləri tamamilə təhrif edir, separatçılığın təbliğinə əsaslanan status kvonun möhkəmlənməsinə xidmət edir”.

Bəyanatda diqqətə çatdırılır ki, beynəlxalq ictimaiyyət, o cümlədən Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağdakı qondarma qurumu tanımır: "Belə bir filmin festivalın proqramına daxil edilməsi nəinki xalqlarımız arasında dostluğa vurulan zərbədir, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə, Fransanın ənənəvi siyasətinə ziddir. Biz Kann festivalı kimi mötəbər bir tribunadan Ermənistanın işğalçı siyasətinə dəstək üçün istifadə edilməsinə qəti etirazımızı bildiririk”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video