27 Iyun 2020 13:15
1176
İQTİSADİYYAT
A- A+

Təbabət və əczaçılıq sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı məsələləri müzakirə edilib


Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin biznes klubu onlayn-tədbirlər silsiləsindən təbabət və əczaçılıq sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı məsələlərinə həsr edilmiş növbəti görüş keçirib.

Ticarət Nümayəndəliyində AZƏRTAC-a bildirilib ki, həmin görüşdə əczaçılıq sahəsində ixrac, innovasiyalar və investisiya layihələrinin inkişafı məsələlərinə toxunulub. Tədbirin moderatoru Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin biznes klubunun icraçı direktoru, "Russian Business Guide” nəşrinin baş redaktoru Mariya Suvorovskaya olub.

Tədbiri Azərbaycanın RF-dəki ticarət nümayəndəsi Ruslan Əliyev və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun İnvestisiyaların Təşviqi Departamentinin direktoru Zöhrab Qədirov açıb. Görüşdə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, Moskva Ticarət-Sənaye Palatası yanında Tibbi Mallar və Xidmətlər İstehsalçıları Gildiyasının sədri Olqa Balous, Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının və hər iki ölkənin ən iri əczaçılıq şirkətlərinin nümayəndələri iştirak ediblər.

Sumqayıt Kimya Sənaye Parkının nümayəndələri Pirallahı Sənaye Parkının təqdimatı ilə çıxış ediblər.

Görüşün yekununa əsasən qətnamə qəbul edilməsi və işçi qrup yaradılması qərara alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video