25 Iyun 2020 16:24
574
CƏMİYYƏT
A- A+

Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərə salam”


Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bu ilin əvvəlində başlanmış "Əsgərə salam” hərbi vətənpərvərlik sosial layihəsi 26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində davam etdirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müxtəlif peşəyə və yaş kateqoriyasına mənsub bir qrup şəxsin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi mövcud preventiv qaydalara əməl etməklə tədbir keçirilib. Xalq artistləri Mənsum İbrahimov və Nurəddin Mehdixanlı, "Qarabağ” futbol klubunun yarımmüdafiəçisi Qara Qarayev, "ASAN Radio”nun direktoru Emin Musəvi, I qrup Qarabağ müharibəsi əlili Rəis Mürsəlov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev, Milli Qəhrəman Pəhlivan Fərzəliyevin həyat yoldaşı Sona Fərzəliyeva və nəvəsi Pəhlivan, Şuşa Mərkəzi Xəstəxanasının tibb bacısı Pərvanə Hümbətova və Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürəni, daxili xidmət çavuşu Elvin Qurbanov hərbçilərimizə əlamətdar gün münasibətilə təbriklərini hərbi salamla çatdırıblar.

İndiyədək on minlərlə insanın iştirak etdiyi aksiyanın keçirilməsində məqsəd cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin Ali Baş Komandanına etimadını, ordumuzun şəxsi heyətinə dəstəyini nümayiş etdirməkdir. Aksiyaya qoşulanlar hərbi salamlama vəziyyətində şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşıblar. Silahlı Qüvvələr Günü münasibətilə şanlı hərbçilərimizi təbrik etmək istəyənlər hərbi salamlama vəziyyətində çəkdirdikləri şəkillərini həmin həştəqlərlə sosial şəbəkələrdə paylaşaraq aksiyaya qoşula bilərlər.

Paytaxtdan və bölgələrdən müxtəlif sosial qrupların, o cümlədən müharibə əlilləri və veteranlarının, ayrı-ayrı iş kollektivlərinin böyük həvəslə qoşulduqları aksiya Silahlı Qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradır, cəmiyyətimizi vətənpərvərlik ideyası ətrafında daha sıx birləşdirir. İnamla deyə bilərik ki, bu ruh yüksəkliyi və birliyimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin qələbəsini təmin edəcək əsas amillərdəndir.

26 iyun - Silahlı Qüvvələri Günündən etibarən Müdafiə Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə "Əsgərə salam” aksiyasının ikinci mərhələsi keçiriləcək və ayrı-ayrı hərbi hissələrdə xidmətdə olan hərbçilərimiz "Əsgərdən salam” şüarı altında aksiya iştirakçılarının vətənpərvərlik təşəbbüsünü cavablandıracaqlar. Sonda Dövlət Komitəsi tərəfindən aksiya ilə bağlı hazırlanacaq videoçarx ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən "Əsgərə salam” sosial layihəsi çərçivəsində qanvermə aksiyası, fləşmob, futbol turniri və inşa müsabiqəsi keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video