25 Iyun 2020 02:16
604
SİYASƏT
A- A+

Beynəlxalq Frankofoniya Təşkilatına üzv və müşahidəçi statusuna malik ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə videokonfrans formatında görüş keçirilib


İyunun 24-də Xarici İşlər naziri Elmar Məmmədyarovun Beynəlxalq Frankofoniya Təşkilatına (BFT) üzv və müşahidəçi statusuna malik olan 18 ölkənin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə videokonfrans formatında görüşü keçirilib.

XİN Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Azərbaycan Respublikasının Xarici İşlər naziri və BFT-yə tam hüquqlu üzv, assosiativ üzv və müşahidəçi statusuna malik ölkələrin nümayəndələri arasında təşkil edilən bu ilk görüşə görə minnətdarlığını ifadə edib.

Səfir, həmçinin koronavirus pandemiyası ilə əlaqədar yaranmış hazırkı durumda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin istər koronavirusa qarşı mübarizə üzrə beynəlxalq əməkdaşlıqda, istərsə də Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusla əlaqələndirmə işində vacib rol oynadığını qeyd edib.

Nazir Elmar Məmmədyarov, öz növbəsində, Azərbaycanın 2020-ci il üzrə xarici siyasət prioritetləri, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının koronavirusla mübarizədə həmrəylik, çoxtərəflilik və beynəlxalq əməkdaşlıq mövzusunda xüsusi sessiyasının çağırılması təşəbbüsü, habelə fransız dilinin Azərbaycanda yeri və təşviqindən danışıb.

Nazir, həmçinin səfirlərin suallarını cavablandıraraq, koronavirus infeksiyası ilə bağlı vəziyyət, Azərbaycanın dövlət sərhədlərinin yenidən açılması və beynəlxalq uçuşların bərpası perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Nazir Elmar Məmmədyarov fransızdilli səfirlər qrupunun Azərbaycanda hər il ənənəvi təşkil edilən "frankofoniya həftəsi” tədbirlərinə dəvətini məmnuniyyətlə qəbul edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video