24 Iyun 2020 16:32
608
DÜNYA
A- A+

BMT-nin baş katibi COVID-19 probleminin həllini qlobal koordinasiyalı fəaliyyətdə görür

 
BMT-nin baş katibi Antoniu Quterreş COVID-19 infeksiyası ilə mübarizədə beynəlxalq koordinasiyanın olmamasını tənqid edib və heç bir ölkənin koronavirusa təkbaşına qalib gələ bilməyəcəyini deyib.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, Antoniu Quterreş ölkələrin koronavirus infeksiyasına qarşı izolyasiyalı fəaliyyət göstərdiyini və beləliklə, vəziyyətin nəzarətdən çıxa biləcəyini bildirib. BMT-nin baş katibi problemin həllini qlobal koordinasiyalı fəaliyyətdə görür. Onun sözlərinə görə, siyasi, iqtisadi və sosial tədbirlərin koordinasiyası COVID-19 pandemiyasının iş yerlərinin itirilməsi, zorakılıq hallarının artması və insan hüquqlarının pozulması kimi nəticələrini yumşaltmağa kömək edəcək.

Antoniu Quterreş pandemiyanın əvvəlindən bu yana II Dünya müharibəsindən sonra ən böyük problem kimi gördüyü pandemiyanın həlli üçün beynəlxalq fəaliyyəti birləşdirməyə səy göstərir.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Saytının Bakı vaxtı ilə bu gün saat 13:40-a olan məlumatına əsasən, dünyada 9 milyon 373 min 825 yoluxma və 480 min 170 ölüm faktı qeydə alınıb, 5 milyon 63 min 446 nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Hazırda müalicəsi davam edən 3 milyon 830 min 209 xəstədən 58 mininin vəziyyəti ağır qiymətləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video