24 Iyun 2020 14:29
524
CƏMİYYƏT
A- A+

Ölkə üzrə taxıl zəmilərinin yarısında biçin başa çatıb – operativ məlumat

 
Azərbaycanda taxıl zəmilərinin 49,1 faizində biçin başa çatıb. İyunun 24-nə olan operativ məlumata görə, 496412,6 hektar biçilmiş sahədən 1566798,6 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,6 sent/ha təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, arpa sahələrinin biçini yekun mərhələyə qədəm qoymaqdadır. Ölkə üzrə 370 min hektara yaxın payızlıq arpa əkini aparılıb, bu günədək 289695,3 hektar sahədə biçin başa çatıb. Sahələrdən 880080,5 ton arpa yığılıb. Arpa üzrə orta məhsuldarlıq 30,4 sentner təşkil edir. Yaxın zamanlarda Aran bölgəsi və dağətəyi rayonlarda arpa biçininin tam yekunlaşacağı gözlənilir.

Buğda sahələrində də biçin prosesi sürətlə davam edir. Ölkə üzrə 641 min hektar buğda sahəsinin 206717,1 hektarında biçin yekunlaşıb. Sahələrdən 686718,1 ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq hazırda 33,2 sentner təşkil edir.

Bu günə olan operativ məlumata görə, biçin prosesində 1694 kombayn iştirak edir. Bunlardan 592-si "Aqrolizinq" ASC-nin biçin aparılan bölgələrdəki rayon bölmələrinin balansında olan kombaynlardır. "Aqrolizinq" tərəfindən biçin başa çatmış Aran bölgələrindən və biçin aparılmayan dağlıq bölgələrdən aktiv biçin zonasına əlavə 183 kombayn dislokasiya olunub. Biçində, həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 919 kombayn iştirak edir.

Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib.

Biçin davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video