24 Iyun 2020 10:00
455
SİYASƏT
A- A+

Mixail Qusman Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib


TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Bakıya "Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib.

AZƏRTAC xəbər verir ki, bu təkliflə o, Rusiya Tarix Cəmiyyətinin iclasında çıxış edib. M.Qusman xatırladıb ki, Bakı faşizm üzərində qələbəyə böyük töhfələr verib.

M.Qusman qanuna dəyişiklik edilməsi, Rusiyanın hüdudlarından kənarda yerləşən və ümumi qələbəyə töhfələr vermiş şəhərlərə də "Əmək rəşadəti şəhəri” adının təqdim edilməsi təklifini irəli sürüb. Belə şəhərlər sırasında Mixail Qusman Bakı və Daşkəndi nümunə gətirib. O vurğulayıb ki, Şərq cəbhəsini 80 faiz yanacaq-sürtkü materialları ilə Bakı təmin edirdi. Daşkənddə isə 130 hospital fəaliyyət göstərirdi və bir milyondan çox əsgər həmin xəstəxanalarda müalicə olunurdu.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin "Əmək rəşadəti şəhəri” adının təsis edilməsi barədə Fərmanı bu ilin mart ayında imzalayıb. Bu fəxri ad İkinci Dünya müharibəsi illərində sakinləri arxa cəbhədə durmadan çalışaraq cəbhəni hərbi və mülki məhsullarla təmin edən şəhərlərə verilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video